Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRENEL DÜSTURLARI

    FRENEL DÜSTURLARI – işığın iki şәffaf dielektriki ayıran sәrhәddәn keçmәsi zamanı qayıdan vә sınan işıq dalğalarının amplitudalarının, fazalarının vә polyarizasiya hallarının әlaqәsini tәyin edәn düsturlar. 1823 ildә fransız fiziki O.J.Frenel tәrәfindәn müәyyәn edilmişdir.

    Tutaq ki, müstәvi işıq dalğası sındırma әmsalları n1 vә n2 olan iki mühiti ayıran sәrhәdә düşür (şәkil). φ, φ′ vә φ″ uyğun olaraq d ü ş m ә, q a y ı t m a  vә sınma bucaqlarıdır, hәm dә hәmişә n1sinφ = n2sinφ″ (sınma qanunu) vә |φ| = |φ′| (qayıtma qanunu). Düşәn A dalğasının elektrik vektorunun amplitudasını düşmә müstәvisinә paralel Ap amplitudalı vә düşmә müstәvisinә perpendikulyar As amplitudalı toplananlara ayıraq. Analoji olaraq qayıdan R dalğasının amplitudasını RpRs, sınan D dalğasının amplitudasını Dp Ds toplananlarına ayıraq (şәkildә yalnız p – toplananları göstәrilmişdir). Bu amplitudalar üçün F.d. aşağıdakı şәkildә olur:z

    (1)-dәn ğörünür ki, φ vә φ″ bucaqlarının istәnilәn qiymәtlәrindә Ap Dp , hәmçinin dә As Ds -in işarәlәri eyni olur, hәm dә fazalar üst-üstә düşür, yәni bütün hallarda sınan dalğa düşәn dalğanın fazasını saxlayır. Qayıdan dalğanın komponentlәri (Rp vә Rs) üçün faza nisbәtlәri φ, n1 vә n2-dәn asılıdır; φ = 0 olarsa, n2 > n1 olduqda qayıdan dalğanın fazası π qәdәr sürüşür.

    Eksperimentlәrdә, adәtәn, işıq dalğasının amplitudasını deyil, onun intensivliyini, yәni amplitudanın kvadratı ilә mütәnasib olan enerji selini ölçürlәr (bax Poyintinq vektoru).

     Müstәvi işıq dalğasının iki şәffaf mühiti ayıran sırhәdә düşmәsi.

    İşığın iki mühiti ayıran sәrhәdә normal düşmәsi zamanı (φ = 0) qayıdan vә sınan dalğaların amplitudaları üçün F.d. aşağıdakı şәkildә verilә bilәr:

    Burada s vә p toplananları arasındakı fәrq yox olur, belә ki, düşmә müstәvisi anlayışı öz mәnasını itirir. 

    Mühitin sındırma әmsalının işıq dalğası intensivliyinin elektrik vektoru amplitudasından asılı olmaması F.d.-nın tәtbiq olunması şәrtidir. Bu şәrt klassik (xәtti) optikada trivialdır, böyük gücә malik işıq sellәri üçün (mәs., lazerlәrlә şüalandırılan) ödәnmir. Belә hallarda F.d. müşahidә edilәn hadisәlәrin qәnaәtbәxş tәsvirini vermir vә qeyri-xәtti optikanın metodlarından istifadә etmәk lazım gәlir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN