FRÉNİ (әsl soyadı Frenyi, Fregni) Mirella (d. 27.2.1935, Modena) – italyan müğәnnisi (soprano). L.Bertatsoni, E.Kampoqalyani, L.Maciyeradan vokal dәrslәri almışdır. Debütü 1955 ildә Modenada “Teatro Komunale”dә Mikaela partiyası ilә (“Karmen”, J.Bize) olmuşdur. Verçelli ş.-ndә C.B.Viotti ad. Beynәlxalq musiqi müsabiqәsindә (1958) 1-ci mükafata layiq görülmüşdür. Dünyanın әn böyük opera teatrlarında çıxış etmişdir: “Kovent Qarden” (London, 1961 ildәn), “San-Karlo” (Neapol, 1959 ildәn), “La Skala” (Milan, 1963– 90-cı illәrdә solist), Vyana Dövlәt operasında (1963 ildәn), “Metropoliten-opera”da (Nyu-York, 1965 ildәn) vә s. Qlayndborn (1960 ildәn), Zalsburq (1966 ildәn) vә s. beynәxalq opera festivallarının iştirakçısıdır. Repertuarının әsasını 19–20 әsrin әvvәllәri italyan, fransız vә rus operalarındakı lirik partiyalar tәşkil edir: Mimi (“Bohema”, C.Puççini), Liza, Tatyana, İoanna (“Qaratoxmaq qadın”, “Yevgeni Onegin”, “Orlean qızı”, P.İ.Çaykovski). Opera karyerasına 2005 ildә son qoy- duqdan, sonra konsertlәrlә, o cümlәdәn N.Gaurovun (1978 ildәn F.-nın әri) ansamblı ilә çıxış etmişdir. 2007 ildәn “La Skala” teatrı nәzdindәki Milan Vokal Akademiyasında dәrs deyir.