Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FREONLAR

    FREONLAR, s o y u d u c u l a r – soyuducu maşınlarda soyuducu agent kimi istifadә edilәn flüortәrkibli doymuş karbohidrogenlәr (әsasәn, metan vә etanın törәmәlәri). F.-ın molekullarında flüor atomundan başqa, adәtәn, xlor atomları, nadir hallarda brom olur. 40-dan çox müxtәlif F. mәlumdur, onların әksәriyyәti sәnayedә istehsal edilir.

    F. rәngsiz, iysiz qaz vә ya mayelәrdir; üzvi hәlledicilәrdә yaxşı, suda çox pis hәll olur. Diflüordixlormetan CF2Cl2, flüor-trixlormetan CFCl3 diflüorxlormetan CHF2Cl daha çox yayılmışdır: onların qaynama temp-rları müvafiq olaraq –29,8, –23,8 vә – 40,8°C. F. yanmır vә açıq alovla tәmasda olduqda belә partlamır, turşu vә oksidlәşdiricilәrin tәsirinә kimyәvi davamlıdır; 200°C-dәn yuxarı qızdırıldıqda parçalanaraq çox zәhәrli mәhsullar (perflüor-izobatilen C4F8, flüorfosgen CF2O vә s.) әmәlә gәtirir; xlor- vә bromtәrkibli F. qızdırıldıqda maqnezium, onun әrintilәri vә bürünc ilә, hidrogentәrkibli F. qәlәvilәrlә qarşılıqlı tәsirdә olur. F., adәtәn, flüorlaşdırıcı agentlәrin müvafiq polixlor karbohidrogenlәrlә reaksiyasından, hәmçinin hidrogen-flüorid vә xlorun parafin vә olefinlәrlә birgә tәsirindәn alınır.

    F. müxtәlif tip soyuducu texnikasında istifadә edilmәklә yanaşı, kosmetika, dәrman vasitәlәri vә boyaların aerozol şәklindә qablaşdırılmasında uçucu komponent kimi, qaz halında dielektrik, alovsöndürücü qarışıq, bәzi flüor-üzvi birlәşmәlәrin alınmasında xammal kimi vә s. geniş tәtbiq edilir.

    F., bir qayda olaraq, biol. aktivliyi aşağı olan az zәhәrli birlәşmәlәrdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN