Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRÉSKA

    FRÉSKA (ital. fresko, hәrfi mәnası – tәzә) – boyakarlıq texnikası növü, bu texnika ilә işlәnәn әsәr. Monumental sәnәtdә divar rәsmlәri üçün istifadә olunur. F. tempera üsulu ilә tәmiz, yaxud әhәngli su ilә qarışdırılmış rәnglәrlә yaş suvaq üzәrindә çәkilir. Suvaq quruduqdan sonra üzәrindә kristal kalsium-karbonatdan ibarәt şәffaf tәbәqә (qaysaq) әmәlә gәlir; kalsium-karbonat rәnglәri möhkәmlәdir vә F.-nı uzunömürlü edir. Suvaq bir neçә qat çәkilir.

     Rafael Santinin “Evxaristiya haqqında disput” freskası. 1510–11. Papa sarayı. Vatikan.

    F. Qәdim Misirdә mövcud olmuş, Qәdim Roma boyakarlığında mәrmәr tozu qatılmış, çoxqatlı cilalanmış rәng astarından müntәzәm olaraq istifadә edilmişdir. Bu üsul Bizans, Qәdim Rus dövlәti, Azәrb. (Tәbrizdә “Hәşt behest” sarayı, 15 әsr), Gürcüstan, Serbiya, Bolqarıstan vә başqa ölkәlәrdә yayılmışdı. F. texnikasının yenidәn kәşfi 13 әsrin sonu – 14 әsrdә İtaliyada baş vermişdir (Usta İsaaka, Cotto). F. üzәrindә işlәyәrkәn hazırlıq rәsminin müxtәlif növlәrindәn istifadә olunur: sinopiya, karton. F. sәnәti İntibah dövrü İtaliya rәssamlarının yaradıcılığında inkişaf etmişdir (Mazaçço, Fra Anceliko, Pyero della Françeska, Rafael, Mikelancelo vә b.). F. әnәnәlәri sonralar 17–18 әsrlәrin (Azәrb.-da Şәki xanları sarayının divar rәsmlәri, 18 әsr) dekorativ divar rәsmlәrindә saxlanılmışdır. 19 әsrdә F.-ya Almaniyada nazaretlilәr, hәmçinin modern dövrünün ayrı-ayrı sәnәtkarları (İsveçrәdә F.Hodler vә b.) müraciәt etmişlәr. 20 әsrin bir çox boyakarı (İtaliyada A.Borqonsoni, muralizm, sәrt üslub nümayәndәlәri vә b.) F. texnikasında işlәmişdi. Eramızın ilk әsrlәrindәn Şәrq xalqları F. texnikasına yaxın divar rәsmlәri yaratmışlar (Hindistan, Orta Asiya vә b. yerlәrdә). “F”. termini müasir dövrdә daha geniş mәnada işlәdilir vә bütün divar rәsmlәri növlәrinә, ilk növbәdә quru suvaq üzәrindәki rәsmlәrә aid edilir. T.Nәrimanbәyov, O.Şixәliyev vә b. bir sıra F. nümunәlәri yaratmışlar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN