FRESNİLYO (Fresnillo) – Meksikanın mәrkәzi hissәsindә, Sakatekas ştatında şәhәr. Əh. 110,9 min (2005). Avtomobil vә d.y.-ları qovşağı.
Əsası 1554 ildә Fransisko de İbarra tәrәfindәn qoyulmuşdur. Polimetal filizlәr, mis, qızıl, gümüş hasilatı mәrkәzi. Əlvan metallurgiya sәnayesi var.