Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FREY MONTALVA

    FREY MONTALVA Eduardo Nikanor (16.1.1911, Santyaqo – 22.1.1982, Santyaqo) – Çili dövlәt vә siyasi xadimi. Katolik Un-tini bitirmiş (1933), hәmin un-tdә dәrs demişdir. Deputatlar palatasının üzvü (1937–45), İctimai işlәr vә yol tikintisi naziri (1945–46), senator (1949–64) olmuşdur. Xristian-Demokrat Partiyası (XDP) yarandıqdan (1957) sonra onun lideri olan F.M. Çili prezidenti (1964–70) seçilmişdir. Vergi sistemindә vә aqrar sahәdә islahatlar aparmışdır. 1970 ildә S.Alyende Qossensin başçılığı ilә hakimiyyәtә gәlmiş Xalq birliyi hökumәtinin (1970–73) әleyhinә çıxmışdır. A.Pinoçetin hәrbi xuntasının dövlәt çevrilişini (1973, 11 sentyabr) dәstәklәmişdir. 1975 ildә “Tarixin mandatı vә gәlәcә- yin tәlәbi” kitabını nәşr etdirmişdir. 1976 ildә hәrbi xunta XDP-nin üzvlәrinә qarşı tәqiblәrә başlayanda rejimә qarşı müxalifәtә keçmişdir. Böyük oğlu Frey Ruis-Taqle Çilinin prezidenti (1994–2000) olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN