Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FREYD (Freud) Anna

    FREYD (Freud) Anna (3.12.1895, Vyana – 9.10.1982, London) – Avstriya vә İngiltәrә psixoanalitiki, uşaq psixoanalizieqopsixologiyanın banilәrindәn biri. Z.Freydin qızıdır. Pedaqoji tәhsil almış, 1914–20 illәrdә ibtidai mәktәbdә müәllim işlәmişdir. Z.Freydin yanında psixoanaliz kursunu keçdikdәn sonra müstәqil fәaliyyәt göstәrmiş (1922 ildәn Vyana psixoanaliz cәmiyyәtinin üzvü), uşaq analizi ilә mәşğul olmuşdur. F.-in ilk kitabının – “Uşaq analizi texnikasına giriş”in (“Einführung in die Technik der Kinderanalyse”) 1927 ildә nәşri M.Klyayn ilә kәskin polemikalara sәbәb olmuşdu. Başlıca әsәri olan “Mәn vә qoruyucu mexanizmlәr”dә (“Das Ich und die Abwehrmechanismen”, 1936) F. ilk dәfә şәxsiyyәtin qoruyucu mexanizmlәrinin sis- temli tәsvirini vermişdir.

    Avstriyanın nasist işğalından sonra 1938 ildә F. atası ilә birlikdә İngiltәrәyә mühacirәt etmişdir. 1940 ildә o, Hampsteddә (London yaxınlığında) Doroti Berlin- gemlә birgә müharibә qurbanları vә yetimlәr üçün uşaq evi tәşkil etmiş, orada uşaqların psixoanalitik tәdqiqini aparmışdır; 1952 ildәn Hampsteddә uşaq terapiyası klinikasının direktoru olmuşdur. O, D.Berlingemlә birgә fәaliyyәti gedişindә, Z.Freyddәn fәrqli olaraq, belә nәticәyә gәlir ki, uşağın anası ilә olan emosional münasibәtlәri onun atası ilә qarşılıqlı münasibәtlәrinin başlamasından әvvәl yaranır.

    “Uşaq inkişafının norma vә patologiyası” (“Normality and pathology in childhood”, 1965) kitabında uşaq inkişafına dair çoxillik tәdqiqatının nәticәlәri toplanmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN