Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FREYDİZM 

    FREYDİZM – 1) dar mәnada – Z.Freyd tәrәfindәn әsası qoyulmuş vә işlәnib hazırlanmış dәrin psixologiya cәrәyanı; Freydin ilkin psixoterapevtik konsepsiyalarından ayrılan fәrdi psixologiyadan (A.Adler), analitik psixologiyadan (K.Yunq) vә s.-dәn fәrqli olan klassik psixoanaliz. 20 әsrin birinci yarısında klassik psixoanalizi ilk növbәdә Freydin tәlәbәlәri vә әmәkdaşları (K.Abraham, O.Fenixel, T.Rayk vә s.) tәmsil edirdi. 20 әsrin ikinci yarısında J.Lakan “Geriyә Freydә doğru” – Freydin autentik şәrhinә qayıtmaq çağırışı ilә çıxış edirdi.

    2) Geniş mәnada – Z.Freydin ideyalarından qaynaqlanan müxtәlif psixoterapevtik vә psixoloji konsepsiya vә cәrәyanların: V.Reyx vә H.Markuzenin freydomarksizmi, A.Freyd vә H.Hartmanın eqo-psixologiyası, M.Klyaynın uşaq psixoanalizi vә obyekt münasibәtlәri nәzәriyyәsi, K.Horni, E.Fromm, H.Sallivan vә E.Eriksonun neofreydizmi, F.Aleksanderin psixosomatikası, T.Frençin (ABŞ) psixoanalizin neobihevioristik interpretasiyası vә s-nin ümumi adı.

    Freydin ideyaları vә metodoloji yanaşmalarından bu vә digәr dәrәcәdә tәsirlәnmә müxtәlif humanitar fәnlәr vә fәlsәfi cәrәyanlarda, o cümlәdәn amerikan mәdәni antropologiyasında (M.Mid vә R.Benedikt, B.Malinovski), neomarksizmdә (Frankfurt mәktәbiL.Altüsser, F.Ceymison), ekzistensial fәlsәfәdә (J.P.Sartr), fenomenologiyada (M.Merlo-Ponti), strukturalizmdә (K.Levi-Stros), dekonstruktivizmdә (J.Derrida), hermenevtikada (P.Rikör, A.Lorenser), әdәbiyyatşünaslıqda psixoanalitik tәnqiddә özünü göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN