FRÉYMAN (Freyman e) Lidiya Eduardovna (6.4.1920, indiki Moldova Resp., Dondüşan ştq. – 18.1.1992, Riqa) – latış aktrisası. SSRİ xalq artisti (1970). SSRİ Dövlәt mükafatı laureatı (1950, 1951), Lat. SSR xalq artisti (1964). 1947 ildәn Latviya Dövlәt Akademik Dram Teatrının (1988 ildәn Latviya Milli Teatrı) aktrisası olmuşdur. Rolları: Anita (“Balıqçı oğlu”, V.Latsis), Oşu Anna (“Yaşıl torpaq”, A.Upit), Nadejda (“Barbarlar”, M.Qorki), Fedra (“Fedra”, J.B.Rasin), Gertruda (“Hamlet”, U.Şekspir), Elektra (“Elektra”, Sofokl), Arkadina (“Çayka”, A.P.Çexov) vә s. Kinofilmlәrdә çәkilmişdir: “Yeni sahilә doğru” (1955), “Bahar ayazı” (1955), “Axşamsız gün” (1962), “Klav Martinin oğludur” (1970), “Göl üzәrindә sonata” (1976), “Mәn sәnin fotonu istәyirәm” (1986) vә s. 1966–86 illәrdә Latviya Teatr Cәmiyyәtinin sәdri olmuşdur.