FRÉYNDLİX Alisa Brunovna (d.8.12. 1934, Leninqrad) – rus teatr vә kino aktyoru. SSRİ xalq artisti (1981). RSFSR (1976) vә RF (1996, 2001, 2008) Dövlәt mükafatları laureatı. B.A.Freyndlixin qızıdır. Leninqrad Teatr İn-tunu (1957) bitirmişdir. 1957–61 illәrdә V.F.Komissarjevskaya ad. Leninqrad Dram Teatrında işlәmişdir. 1961–83 illәrdә Lensovet ad. Leniqrad teatrının sәhnәsindә: Eliza Dulittl (“Piqmalion”, B.Şou), Tanya (“Tanya”, A.N.Arbuzov), Katarina (”Şıltaq qızın yumşalması”, U.Şekspir), Seliya Piçem (“Üçqәpiklik opera”, B.Brext, K.Vayl), Gelena (“Varşava melodiyası”, L.Q.Zorin), Katerina İvanovna (“Cinayәt vә cәza”, F.M.Dostoyevskinin әsәri әsasında), Aldonsa (“Toboslu Dulsineya”, A.M.Volodin), Ranevskaya (“Albalı bağı”, A.P.Çexov) kimi yaddaqalan, maraqlı obrazlar yaratmışdır. 2004 ildә hәmin teatrda E.E.Şmittin “Oskar vә Çәhrayı qadın” tamaşasında oynamışdır. 1983 ildәn G.A.Tovstonoqov ad. Böyük Dram Teatrında işlәyir: Nastya (“Hәyatın dibindә”, M.Qorki), Amanda Uinqfild (“Şüşә heyvanxana”, T.Uilyams), ledi Milford (“Mәkr vә mәhәbbәt”, F. Şiller), ledi Makbet, tәlxәk Feste (“Makbet”, “On ikinci gecә”, U.Şekspir), Moskalyova (“Dayının yuxusu”, F.M.Dostoyevski), Alisa (“Alisa”, L.Kerrollun әsәrlәri әsasında) vә s. Kinoya 1958 ildә “Şәhәr işiqlarını yandırır” filmi ilә gәlmişdir. Çәkildiyi digәr filmlәr: “Veriya mәhәllәsinin melodiyaları”, “Anna vә Komandor”, “Canvermә”, “Noxud üstündә yatan şahzadә qız”, “Köhnә dәbli komediya”, “Stalker”, “Sarı bülbül üçün qәfәs”, D’Artanyan vә üç muşketyor”, “Amansız romans”, “Müvәffәqiyyәt”, “Qar kraliçasının sirri”, “Moskva axşamları”, “Yuxarı Maslovka” vә s. 1977 ildә E.Ryazanovun çәkdiyi “İşdә mәhәbbәt macәrası” filmindә yaratdığı Kaluqina obrazı aktrisaya böyük şöhrәt qazandırmışdır. Televiziya filmlәrindә dә çәkilmişdir (“Üç il”, “Tәhlükәli yaş hәddi”, “Qadın mәntiqi” vә s.).