Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRÉZER, F r e y z e r Ceyms Corc

    FRÉZER, F r e y z e r Ceyms Corc (1.1. 1854, Qlazqo – 7.5.1941, Kembric) – ingilis antropoloqu, din tarixi tәdqiqatçısı, evolyusionizm mәktәbinin nümayәndәsi, filoloq vә folklorşünas. Britaniya Akademiyasının (1902) vә London Kral Cәmiyyәtinin üzvü (1920). 1914 ildә cәngavәr titulu almışdır. Qlazqo Un-tini (1874) vә Kembric Un-tinin Triniti-kollecini (1878) bitirmişdir. F.-in dünyagörüşü-nün formalaşmasında filosof-pozitivistlәr O.Kont vә H.Spenserin tәsiri olmuşdur. 1879 ildәn Triniti-kollecin üzvü, 1907–08 illәrdә Liverpul Un-tinin sosial antropologiya prof.-u (B.Britaniyada ilk dәfә) idi.

    Əvvәllәr antik filologiya ilә mәşğul olmuş (әsas әsәri Pavsaninin “Elladanın tәsviri” әsәrinin altıcildlik izahlı tәrcümәsi, 1898), sonralar E.B.Taylorun “İbtidai mәdәniyyәt” kitabının tәsiri altında antropologiyanın tәdqiqinә keçmişdir. “Totemizm” (1887) vә “Qızıl budaq” (1890) kitablarında bәşәriyyәtin mәnәvi tarixinin birxәtli evolyusionizm ruhunda davam edәn, ağlın vә zehniyyәtin fundamental tәzadı әminliyinә әsaslanan qlobal sxemini yaratmışdır. Müasir dinşünaslığın banilәrindәn biri olmuş F. dini sosial fәaliyyәt növü kimi nәzәrdәn keçirәn ilk alimlәrdәndir. Mif ilә ayin arasındakı әlaqәlәri araşdırmışdır. Taylorun dinin mәnşәyinә dair animistik nәzәriyyәsi ilә (bax Animizm) razılaşmayan F. böyük faktiki materiala әsaslanaraq, insan şüurunun tәkamülünü 3 mәrhәlәyә ayırırdı: magiya, din vә elm. Bu üç fenomeni o, “ideyalar haqqında ideya”, “tәfәkkür haqqında nәzәriyyә” kimi nәzәrdәn keçirirdi.

    F.-in konseptual müddәaları tәnqidә mәruz qalmış (o cümlәdәn E. Liç tәrәfindәn), yaxud yenidәn baxılaraq müzakirәyә sәbәb olmuşdur (mәs., totemizmә dair K.Levi-Stros tәrәfindәn). Bununla belә, onun әsәrlәri, xüsusilә “Qızıl budaq” antropoloq vә filosoflara (L.Levi-Brül, Z.Freyd, K.Q.Yunq, L.Vitgenşteyn, B.K.Malinovski, E.E.Evans-Priçard, M.Eliade vә b.), yazıçı vә şairlәrә (A.Tennison, R.Kiplinq, U.B.Yeyts, C.Coys, D.H.Lourens, R.Qreyvs, E.Paund, T.S.Eliot), әdәbiyyatşünaslığın inkişafına (ayini-mifoloji tәnqidin yaranması) böyük tәsir göstәrmişdir.

    Ə s ә r l ә r i: Totemism. Edinburgh, 1887; Totemism and exogamy: A treatise on certain early forms of superstition and society. L., 1910. Vol. 1–4; The Golden bough: A study in magic and religion. 3rd ed. L., 1911–1915. Vol. 1–12; The belief in immortality and the worship of the dead. L., 1913–1924. Vol. 1– 3; Folklore in the Old Testament: Studies in comparative religion, legend and law. L., 1918. Vol. 1–3; The magical origin of kings. L., 1920; The worship of nature. L., 1926.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN