FRİÇ Martin (29.3.1902, Praqa – 26.7.1968, Praqa) – çex kino rejissoru. ÇSSR xalq artisti (1965). ÇSSR Dövlәt mükafatı laureatı (1950, 1951). “Pater Voytex” (1928), “Müqәddәs Vit kilsәsinin orqançalanı” (1929), “Yanoşik” (1936, beynәlxalq Venesiya kinofestivalının mükafatı) filmlәri elәcә dә “Hey rup!” (1934), “Dünya bizimdir” (1937) satirik kinokomediyaları ona şöhrәt qazanmışdır. Digәr filmlәri: “Sınaqdan çıxmışlar” (1950), “İmperatorun çörәkçisi” vә “Çörәkçinin imperatoru” (1951), “Qanın sirri” (1953), “Ağ toqqa” (1960), “Furqondakı adamlar” (1966) vә s.