FRİDEK-MİSTEK (Frydek-Mistek) – Çexiyada, Moraviya-Sileziya mahalında şәhәr. Əh. 57,7 min (2012). Ostravitse çayı sahilindәdir.
Şәhәr 1943 ildә Teşin Sileziyasındakı Fridek ş.-nin Moraviyanın Mistek ş. ilә birlәşmәsi nәticәsindә yaranmışdır. İkinci dünya müharibәsi zamanı alman-faşist işğalı altında “Fridek” adlanmışdır. İndiki adı 1955 ildәndir.
Qara metallurgiya, maşınqayırma, toxuculuq sәnayesi var.