Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRİDLAND VURUŞMASI (1807) 

    FRİDLAND VURUŞMASI (1807) – iyunun 14-dә Şәrqi Prussiyada Fridland ş. (indiki Kalininqrad vil.-nin Pravdinsk ş.) yaxınlığında Rusiya ilә Fransa qoşunları arasında Rusiya-Prussiya-Fransa müharibәsinin (1806–07) taleyini I Napoleonun xeyrinә hәll etmiş vuruşma. Rusiya ordusu (tәqr. 60 min nәfәr) kavaleriya gen.-ı L.L.Benniqsenin komandanlığı altında Alle (indiki Lava) çayının q. sahilindә әlverişsiz müdafiә mövqeyi tutmuşdu. Vuruşmanın başlanğıcında q.-dәn Fridland üzәrinә hücum edәn I Napoleonun komandanlığı altında fransız qoşunlarının sayı cәmi 12 min nәfәr idi, lakin Benniqsen üstün qüvvә ilә düşmәnә zәrbә endirmәk imkanını әldәn vermişdi. Əsas qüvvәlәrin gәlmәsindәn sonra isә fransız ordusunun sayı 85 min nәfәrә çatmışdı. Rus ordusunu mühasirәyә alaraq Alle çayını keçmәsinә mane olmağa çalışan I Napoleon onun sol cinahına zәrbә endirdi. Gen.-l. P.İ.Baqrationun komandanlığı altında rus ordusunun sol cinahının qoşunları axşamadәk inadla müdafiә olunaraq mühasirәni yarıb Alle çayının şәrq sahilinә çıxmağa müvvәffәq oldular. Axşama doğru çaya sıxışdırılmış sağ cinah qoşunları (komandan gen.-l. A.İ.Qorçakov) onu bәrә ilә keçmәk mәcburiyyәtindә qaldılar. Rusların böyük itkilәr vermәsi (müxtәlif mәlumatlara görә, 10 min nәfәrdәn 20 min nәfәrәdәk) imperator I Aleksandrı Tilzit sülhünü (1807) bağlamağa mәcbur etdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN