Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRİDMAN Aleksandr Aleksandroviç

    FRİDMAN Aleksandr Aleksandroviç [4(16).6.1888, S.-Peterburq – 16.9.1925, Leninqrad, indiki S.-Peterburq] – rus fiziki vә riyaziyyatçısı. S.-Peterb. Un-tini bitirdikdәn sonra (1910) professor adını almaq üçün onun nәzdindә saxlanılmışdır. V.A.Steklovun şagirdidir. 1913 ildә REA Aeroloji rәsәdxanasında (Pavlovsk ş.) işlәmişdir. 1914–17 illәrdә rus ordusunda aeronaviqasiya vә aeroloji xidmәtin tәşkil edilmәsi üzrә işlәr aparmışdır. 1918–20 illәrdә Perm Dövlәt Un-tinin prof.-u olmuşdur. 1920 ildәn Baş geofizika rәsәdxanasında işlәmişdir (1925 ildә direktoru); eyni vaxta Petroqradın bir sıra ali mәktәblәrindә dәrs demişdir.

    Əsas elmi işlәri dinamik meteorologiya, turbulentlik nәzәriyyәsi, mayenin sıxılmasının hidrodinamikası, atmosfer fizikası, kosmologiya sahәsindәdir. Hava proqnozu nәzәriyyәsindә fundamental rol oynayan burulğanın sürәtinin tәyini üçün 1922 ildә ümumi tәnlik vermişdir. 1924–25 illәrdә rus alimi L.V.Kellerlә birgә turbulent seli strukturunun xarakterik sistemini göstәrmiş, müxtәlif zaman anlarında selin iki nöqtәsindә sürәtin vә tәzyigin pulsasiyalarını әlaqәlәndirәrәk tәnliklәrin qapalı sistemini qurmuşdur. Bu işlәr turbulentliyin müasir statistik nәzәriyyәsinin әsasını qoymuşdur. 1922–24 illәrdә Eynşteyn tәnliyinin qeyri-stasionar hәllini tapmış vә bununla da qeyri-stasionar Kainatın mövcudluğunun mümkünlüyünü sübut etmişdir; bu nәticә müasir kosmologiyanın әsası kimi qәbul edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN