FRİDMAN (Friedmann) Jorj (13.5.1902, Paris – 15.11.1977, Paris) – fransız sosioloqu, filosof; әmәk sosiologiyası fransız mәktәbinin yaradıcısı. Ali normal mәktәbi bitirmiş (1926), Burjda liseydә fәlsәfәdәn dәrs demişdir. 2-ci dünya müharibәsi illәrindә Müqavimәt hәrәkatında iştirak etmişdir. İncәsәnәt vә sәnәtkarlıq Milli Konservatoriyasının prof.-u (1946–60), Beynәlxalq Sosiologiya Assosiasiyasının prezidenti (1956–59), YUNESKO nәzdindә Latın Amerikası sosial elmlәr fakültәsi şurasının sәdri (1958-63) olmuşdur. Sәnaye sosiologiyası vә әmәk sosiologiyasına dair çoxsaylı әsәrlәrindә sәnaye әmәyinin müasir formalarını tәhlil etmiş, әmәk bölgüsünün, avtomatlaşdırmanın, istehsalın konveyer üsulu ilә tәşkilinin vә s. mәnfi nәticәlәrini göstәrmişdir: bu zaman meydana gәlәn әmәk funksiyalarının ifrat fraqmentlәşdirilmәsi (“xırdalanmış әmәk” fenomeni) insanın hәrtәrәfli inkişafına vә onun peşә fәaliyyәtindә öz yaradıcılıq qabiliyyәtlәrini reallaşdırmasına mane olur.