Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRİDRİX VİLHELM 

    FRİDRİX VİLHELM (Freidrich Wilhelm) – Hohensollernlәr sülalәsindәn Prussiya krallarının adı:

    F r i d r i x   V i l h e l m  I (14.8.1688, Berlin – 31.5.1740, Potsdam) – Prussiya kralı [1713–40], Brandenburq kurfürstü [1713]. I Fridrixin oğlu, II Fridrixin atasıdır. İfrat merkantilizm siyasәti yürüdәn I F.V. vergilәri xeyli artıraraq ordunun sayını 38 min nәfәrdәn 84 min nәfәrә çatdırmışdı. Ümumi ibtidai tәhsil tәtbiq etmiş, inzibati vә xәzinә islahatları keçirmiş, dövlәt vәsaitlәrinin sәrt qәnaәt rejimini tәlәb etmiş, yeni mühakimә üsulu sisteminin (Ümumi qanunlar külliyyatı) banisi olmuşdur. Fәal xarici siyasәt yürütmüş, Şimal ittifaqına (1699–1721) qoşulmuşdur. Prussiya militarizminin әsasını qoymuş, bürokratik aparatı möhkәmlәndirmişdir. I F.V.-in dövründә Şimal müharibәsindә (1700–21) İsveçin mәğlubiyyәti nәticәsindә Qәrbi Pomoryenin bir hissәsi Prussiyanın tәrkibinә keçmişdi. I F.V. ziyalılara vә qabaqcıl ictimai fikirlәrә qarşı düşmәn münasibәt göstәrmişdir. Tarixi әdәbiyyatda I F.V.-ә “taxtdakı feldfebel” lәqәbi verilmişdir.

    F r i d r i x   V i l h e l m  II (25.9.1744, Berlin – 16.11.1797, Potsdam) – Prussiya kralı [1786–97]. III Fridrix Vilhelmin atası, II Fridrixin qardaşı oğludur. Bәsirәtsiz, iradәsiz, mistisizmә meyilli II F.V. saray güruhunun tәsiri altında olmuşdur. Daxili siyasәtdә II Fridrixin prinsiplәrindәn uzaqlaşmasına baxmayaraq, dini dözümlülük göstәrmiş, incәsәnәti himayә etmişdir. İnqilabi Fransaya qarşı Pilnits bәyannamәsini (1791) imzalamış, 1792 ilin fevralında Avstriya ilә inqilabi Fransaya qarşı Avropa monarxlarının koalisiyasının әsasını qoyan hәrbi ittifaq bağlamışdır. Reç Pospolitanın bölüşdürülmәsindә iştirak etmiş, Fransa ilә Bazel sülh müqavilәlәrini (1795) imzalamışdır.

    F r i d r i x   V i l h e l m  III (3.8.1770, Potsdam – 7.6.1840, Berlin) – Prussiya kralı [1797–1840]. II Fridrix Vilhelmin oğlu, IV Fridrix Vilhelmin atasıdır. 1806 ildә dördüncü antifransa koalisiyasına qoşulmuşdur. Müharibәnin gedişindә Prussiya ordusu darmadağın edilmiş, Tilzit sülhünә (1807) görә, III F.V. Prussiya әrazisinin yarısını Napoleona güzәştә getmişdi. 1807–14 illәrdә burjua xarakterli islahatlar [kәndlilәrin şәxsi asılılığının lәğvi (1807), şәhәrlәrdә mәhdud özünüidarәnin (1808) vә hәrbi mükәllәfiyyәtin (1814) tәtbiqi] keçirmәyә mәcbur olmuşdu. 1812 ildә III F.V.-in qoşunları Napoleon ordusunun Rusiyaya qarşı yürüşündә iştirak etmişdir. Prussiyada xalq hәrәkatının tәsiri ilә 1813 ildә Fransaya müharibә elan etmişdi. Vyana konqresinin (1814–15) qәrarına әsasәn Reyn vil.-ni, Vestfaliyanı, Poznanı vә Saksoniyanın böyük hissәsini әlә keçirmişdi. Müqәddәs ittifaqın yaradılmasında iştirak etmişdir. Polşa üsyanının (1830–31) yatırılmasına kömәklik göstәrmişdir.

     F r i d r i x   V i l h e l m  IV (15.10.1795, Berlin – 2.1.1861, Potsdam) – Prussiya kralı [1840–61]. III Fridrix Vilhelmin oğludur. Almaniyada 1848–49 illәr inqilabı zamanı әksinqilabi dövlәt çevrilişi (1848, noyabr– dekabr) etmiş vә Prussiyada sәrt irtica rejimi qurmuşdu. Bununla yanaşı, Prussiyada konstitusiya qәbul etmәyә (1850 ilin yanvarında qüvvәyә minmişdir) mәcbur olmuş, lakin 1849 ilin yazında Frankfurt Milli mәclisinin (1848–49) deputatları tәrәfindәn tәklif edilәn imperator tacından imtina etmişdi. 1849–50 illәrdә deputatlar üçün әmlak senzini artırmış, konstitusiyanı mühafizәkar ruhda yenidәn işlәyib hazırlamışdı (1918 ilәdәk fәaliyyәt göstәrmişdir). 1857 ildә psixi pozuntu sәbәbindәn dövlәt işlәrindәn uzaqlaşmış, qardaşı Vilhelm onun regenti elan olunmuşdu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN