FRİDRİXSHÁM SÜLHÜ (1809) – Rusiya-İsveç müharibәsini (1808–09) başa çatdırmış müqavilә. Sentyabrın 17-dә Rusiya imperiyasının Finlandiya qub.-nın Fridrixsham ş.-ndә (indiki Hamina ş.) Rusiya tәrәfindәn qraf N.P.Rumyantsev vә D.M.Alopeus, İsveç tәrәfindәn isә infanteriya gen.-ı baron K.L.B.K. fon Stedinqk vә polkovnik A.F.Skieldebrand imzalamışlar. 1809 il oktyabrın 13-dә Sankt-Peterburqda I Aleksandr tәrәfindәn ratifikasiya olunmuşdur. Preambula vә 21 maddәdәn ibarәt idi. Rusiya Böyük Finlandiya knyazlığını (BFK) tәşkil edәn 6 İsveç lenini (quberniyasını), hәmçinin Aland a-rını (tezliklә Abo-Byörneborq qub.-na qatılmışdı), Qәrbi Botniyanın Tornio (Turneelven) vә onun qolu Muonio (Muonioyoki) çayınadәk olan hissәsini vә Laplandiyanın bir hissәsini (Uleaborq qub.-nın tәrkibinә daxil edilmişdi) әlә keçirdi. Rusiya–İsveç quru vә dәniz sәrhәdlәri (1917 ilәdәk qüvvәdә qalmışdı) müәyyәnlәşdirildi. İsveç Danimarka vә Fransa ilә sülh bağlamağı, B.Britaniyaya qarşı Kontinental blokadaya qoşulmağı öhdәsinә götürdü. Müqavilә bütün hәrbi әsirlәrin dәyişdirilmәsini nәzәrdә tuturdu. İsveç tәbәәlәrinә BFK-da mülkә sahib olmaq qadağan edilirdi. Müharibә nәticәsindә pozulmuş Rusiya-İsveç, Finlandiya-İsveç ticarәt әlaqәlәri [Fin körfәzi vә Baltika dәnizi portlarından İsveçә il әrzindә 50 min çәtvәr (tәqr. 2,9 min t) taxılın rüsumsuz ixracı vә s.] bәrpa olunurdu. F.s.-nün bir sıra maddәsi Peterburq ittifaq müqavilәsindә (1812) tәsdiq edilmişdi.