Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRİGİYA

    FRİGİYA (yun. Φρυγία) – Kiçik Asiyanın q.-indә qәdim vil. vә dövlәt. Əsas әhalisi e.ә. 13–12 әsrlәrdә Balkan y-a-ndan köçüb gәlmiş, Aşşur, Urartu vә son Luviya mәnbәlәrindә adları muşklar kimi qeyd edilәn frigiyalılar olmuşlar. Troyanın (VIIa tәbә- qәsi) vә Hett dövlәtinin mәhvindә iştirak etmişlәr. Frigiyalıların dövlәtçiliyinin inkişafı e.ә. 10 әsrin ortaları – 9 әsrin әvvәllәrinә, F.-nın paytaxtı Qordionda (әfsanәvi hökmdar Qordinin şәrәfinә adlandırılmışdır) әyan evlәrinin inşası dövrünә tәsadüf edir. F.-nın çiçәklәnmәsi e.ә. 8 әsrin sonu – 7 әsrin әvvәllәrindә dövlәtinin әrazisi Fәrat ilә Egey dәnizi arasında Anadolunun böyük hissәsini әhatә edәn I Midasın hakimiyyәt dövrü ilә bağlıdır. Urartu ilә ittifaqda F. Kiçik Asiyanın c.-ş.-i uğrunda Aşşur çarı II Sarqona qarşı mübarizә aparsa da, e.ә. 709 ildә I Midas mәğlubiyyәtini etiraf etmişdi. Aşşur çarlığı ilә barışıq, ehtimal ki, e.ә. 670-ci illәrdә II Midasın ittifaq bağladığı kimmerlәrin Anadoluya hücumu ilә bağlı olmuşdur. E.ә. 7 әsrin ortalarında hakimiyyәtdә olmuş III Midas kimmerlәrlә mübarizәdә mәğlub olsa da, Qordion bu basqınlardan zәrәr görmәmişdi. E.ә. 7 әsrin ikinci yarısında Qordionla birlikdә F.-nın әsas әrazisi Lidiyaya tabe edilmişdi. Lakin Qalis (Qızılirmaq) çayından ş.-dә Kappadokiya әrazisindәki Kerkenes Dağında (çox vaxt Pteriya ilә eynilәşdirilir) F. dövlәtçiliyinin müstәqil mәrkәzi meydana gәlmişdi. Tәqr. e.ә. 590–585 illәrdә Midiya-Lidiya müharibәlәri gedişindә Kerkenes Dağı, ehtimal ki, Midiyanın tәsir dairәsinә düşmüşdü. Əhәmәni hökmdarı II Kir tәqr. e.ә. 547 ildә Lidiyanı darmadağın edәrәk F. torpaqlarını әlә keçirmişdi. Bu zaman Kerkenes Dağı vә Qordion dağıdılmışdı. Əhәmәnilәr dövlәtinin tәrkibindә F. iki satraplığa – paytaxtı Daskileya olan Hellespont (Kiçik) F.-sına vә paytaxtı Kelena olan Böyük F.-ya bölünmüşdü. E.ә. 333 ildә F. Makedoniyalı İsgәndәr tәrәfindәn istila olunmuş, sonuncunun ölümündәn (e.ә. 323) sonra diadox I Antiqonun (bax Antiqonlar) dövlәtinin özәyinә çevrilmişdi. İps yaxınlığındakı vuruşmadan (e.ә. 301) sonra Lisimaxın mülklәrinә qatılmışdı. E.ә. 281 ildә Selevkilәr dövlәtinin bir hissәsi idi; hökmdar I Antiox Soter Kelenanı Apameya adlandırmışdı. E.ә. 270-ci illәrdә Sanqari (Sakarya) çayından ş.-dә, F.-nın Qalatiya adlandırılan hissәsindә möhkәmlәnmiş qalatların hücumuna mәruz qalmışdır. E.ә. 188 ildә Apameya sülhünә әsasәn F. Perqam dövlәtinin tәrkibinә qatılmış, bu dövlәtin e.ә. 133 ildә Roma imperiyasına birlәşdirilmәsindәn sonra Asiya әyalәtinin bir hissәsinә çevrilmişdi.

    F. mәdәniyyәtinin әn mühüm abidәlәri Qordionda [“Midasın sәrdabası”, saraylar vә tumuluslar (tapılmış kitabәlәrin çoxu Frigiya dilindәdir); Qordion 1893 ildә aşkarlanmışdır, 1900 ildә burada almanlar, 1950–73, 1988–2006 illәrdә vә 2003 ildәn amerikalılar tәrәfindәn qazıntılar aparılmışdır], Yazılıqayada (“Midasın abidәsi” vә ayini qaya monumentlәri olan “Midasın şәhәri”; 1937–39, 1948–51 illәrdә fransızlar tәrәfindәn qazıntılar aparılmışdır), Kerkenes Dağında (qalanın “Kappadokiya darvazası” vә ayini mәrkәz; 1993–2011 illәrdә Britaniya-Türkiyә, 2012 ildә vә 2014 ildәn Amerika-Türkiyә mütәxәssislәri tәrәfindәn tәdqiq olunmuşdur) tapılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN