FRİGİYA DİLİ – frigiyalıların dili. Frigiyada, Qәrbi vә Mәrkәzi Anadoluda yayılmışdı. İki hissәyә ayrılan yazılı abidәlәrdәn mәlumdur. Q ә d i m F r i g i y a k o r p u s u daş, dulusçuluq mәmulatları vә digәr kiçik obyektlәr üzәrindәki e.ә. 8–4 әsrlәrә aid 400-dәn çox әsasәn, qısa kitabәlәrdәn ibarәtdir. Kitabәlәr hәm Frigiyada, hәm dә onun sәrhәdlәrindәn kәnarda (ş.-dә Boğazköy, c.-da Bayındır, q.-dә Balıkәsirә qәdәr; әn çox Qordionda) tapılmışdır. Bu abidәlәr arxaik yunan yazısına bәnzәyәn xüsusi Frigiya әlifbası ilә (21 hәrf) yazılmışdır. Y e n i F r i g i y a k o r p u s u 2–3 әsrlәrә aiddir, Əskişәhәr vә Konya arasındakı dağlıq әrazidәn tapılmış 113 kitabәdәn ibarәtdir. Yunan әlifbası ilә yazılmışdır (daim, 21 simvoldan istifadә olunur). F.d.-nә aid ayrı- yrı sözlәr yunan mәnbәlәrindәn dә mәlumdur.
F.d. hind-Avropa dillәrinin müstәqil qrupu sayılır. Genetik cәhәtdәn yunan dilinә yaxındır. Dialektlәri haqqında mәlumat azdır.
F.d. flektiv dillәrә daxildir. Söz sırası, әsasәn, “subyekt + obyekt + predikat” şәklindәdir; qәdim Frigiya mәtnlәrindә “obyekt + subyekt + predikat” sıralamasına da rast gәlinir.
Qәdim Frigiya dili korpusu K.Briks vә M.Lejyon (Fransa) tәrәfindәn 1984 ildә nәşr edilmişdir; 2002 vә 2004 illәrdә Briks hәmin nәşrә 2 әlavә dә dәrc etdirmişdir. Yeni Frigiya dili mәtnlәrinin tam nәşri yoxdur. Ən böyük toplu O.Haas (Avstriya) tәrәfindәn hazırlanmışdır.