FRİMONT (Fremont) – ABŞ-ın q.-indә, Kaliforniya ştatında şәhәr. Əh. 220 min (2014). San-Fransisko körfәzinin ş. sahilindә, Oklend ş.-nin c. kәnarındadır.
1878–83 illәrdә Arizonanın qubernatoru olmuş C. Frimontun şәrәfinә adlandırılmışdır. Avtomobilyığma, elektron, metal emalı sәnayesi var.