FRİS (Vries) Töyn de (әsl adı vә soyadı Töynis Milke; Theunis Milke) (26.4.1907, Venvauden – 21.1.2005, Amsterdam) – Niderland yazıçısı. Niderlandın işğalı zamanı (1940–45) Müqavimәt hәrәkatında iştirakına görә hәbs edilmişdir. Yaradıcılığa şeirlә başlamışdır (“Qәrb gecәlәri” şeirlәr toplusu, 1930). “Rembrandt” (1931), “Ögey torpaq” (1936), “Çәrxi-fәlәk (1938) , “Çoban, canavarları vur” (1946), “ Kürәn saçlı qız” (1956) vә s. romanları, “Döyüş sınağı” (1948– 54) trilogiyası, “Kardinal üçün motet” (1960) tarixi romanı var.