FRİSLÁNDİYA (Friesland) – Niderlandın şm.-ında, Şimal dәnizi sahilindә әyalәt. Sah. 3,4 min km2. Əh. 646,9 min (2013). İnz. m. Leuvarden ş.-dir. Südlük heyvandarlıq, sahilboyunda vә adalarda qoyunçuluq inkişaf etmişdir. K.t. mәhsullarının emalı; keramika istehsalı, gәmiqayırma, radiotexnika vә cihazqayırma sәnayesi var.