Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRİSLÁNDİYA

    FRİSLÁNDİYA (Niderland dilindә Friesland) – Şimal dәnizi sahillәrindә tarixi vilayәt. İlk vaxtlar frizlәrin mәskunlaşdıqları bütün әrazilәr F. adlandırılırdı. E.ә. 1 әsrin sonlarında – eramızın 5 әsrindә nominal olaraq Roma imperiyasının tәrkibindә idi. 4 әsrdә Lauversze körfәzinәdәk olan F. torpaqları franklar tәrәfindәn tabe edilmiş, 7 әsrin ortalarında frizlәr tәrәfindәn geri alınmışdır. 7–8 әsrlәrdә F. torpaqlarında Böyük Friziya dövlәti mövcud olmuş, sonuncunun bütün әrazisi 772 ildә qәti olaraq Frank dövlәtinә qatılmışdır. 9 әsrdә F. burada öz hersoqluqlarını (885 ilәdәk mövcud olmuşdur) yaratmış normanların dağıdıcı yürüşlәrinә mәruz qalmışdır. 870 ildәn (qәti olaraq 925 ildәn) F. Alman krallığının tәrkibindә idi. 11 әsrdә F.-nın müxtәlif hissәlәrinin müstәqil vilayәtlәrә parçalanması prosesi başladı: Qәrbi F.-da 11 әsrdә Hollandiya qraflığının әsasını tәşkil etmiş Kennemerland vilayәti yarandı; Şәrqi F.-da Qroningen vә Drente muxtariyyәt әldә etdi; Orta F.-da (yaxud bilavasitә F.-nın özündә, Zöyderze körfәzinin ş.-indәn Ems çayınadәk olan vilayәtlәr) 11 әsrdә F. markqraflığı mövcud idi. 11–12 әsrlәrdә frizlәrin torpaqlarında Müqәddәs Roma imperiyasının vassalı olan 17 len mülkü meydana gәldi.

    Feodal torpaq sahibliyi sistemi F.-da yalnız monastırlarda formalaşmışdı; kәndlilәrin çox hissәsi şәxsәn azad idi vә torpağa tәhkim deyildi. F. özünüidarәedәn kәnd icmalarına (16 әsrin ortalarınadәk mövcud olmuşdular) bölünürdü; daha iri әrazi vahidlәri Yeddi dәnizyanı әrazi ittifaqında birlәşmiş vә frizlәrә mәxsus bütün әrazilәrә nәzarәt edәn 7 vilayәt idi. Vilayәtlәrin hәr biri, ehtimal ki, 11–12 әsrlәrdәn hәr il toplanan ümumfrislandiya idarәetmә orqanına (landtaq) bir nümayәndә göndәrirdi.

    Faktiki olaraq müstәqilliyini saxlamış F. daima Hollandiya qraflarının, Utrext, Müqәddәs Roma imperiyası yepiskoplarının, sonralar isә Geldern hersoqlarının tәcavüzünә mәruz qalırdı. 13 әsrin sonlarında Hollandiya Qәrbi F.-nı, Mәrkәzi F.-nın bir hissәsini tabe etmiş vә öz hakimiyyәtini Teksel a.-nadәk genişlәndirmişdi. 12–13 әsrlәrdә Geldern qrafları Cәnubi F.-nı öz mülklәrinә qatmışdılar. 14 әsrdә Qroningen ş. F.-nın әn iri ticarәt-sәnәtkarlıq mәrkәzlәrindәn birinә çevrilmiş vә ümumfrislandiya landtaqının (müntәzәm olaraq 1361 ildәn) keçirildiyi yer olmuşdur.

    1464 ildә Şәrqi F.-nın çox hissәsi reyxqraflığa (Müqәddәs Roma imperiyası tәrkibindә qraflıq) çevrilmişdi. 15 әsrin sonlarında F.-da Qroningen vә Drente müstәqil vilayәtlәrinin sәrhәdlәri dәqiq müәyyәnlәşdirilmişdi. 1467–91 illәrdә güclәnmiş Qroningen F.-nın ş. rayonlarını qәti olaraq özünә tabe etmiş vә faktiki olaraq müstәqil vilayәt hüququ almışdı. Niderlandda möhkәmlәnmәyә çalışan Habsburqlar uzun müddәt F. uğrunda mübarizә aparmışdılar. 14 әsrin sonlarında frizlәrә mәxsus torpaqlarda başlamış daxili qarşıdurma F.-nın mövqeyini xeyli zәiflәtmiş vә onun Habsburqlar tәrәfindәn işğalını asanlaşdırmışdı. 1515 ildә Karl Habsburq (gәlәcәk imperator V KarlSaksoniya hersoqundan F. üzәrindә suveren hüquqları satın alsa da, yalnız hәrbi әmәliyyatlar nәticәsindә frizlәrin müqavimәtini qırmağa nail olmuşdu. 1524 ildә F. irsi senyoriya hüququ ilә Müqәddәs Roma imperiyasının Burqundiya dairәsinә daxil edilmiş (1549 ilin noyabrında Praqmatik sanksiya ilә tәsbit olunmuşdur) vә Niderlandın 17 әyalәtindәn birinә çevrilmişdi.

    Niderland inqilabı (16 әsr) gedişindә F. Utrext uniyasına (1579) qoşulmuş vә Birlәşmiş әyalәtlәr resp.-nın tәrkibinә keçmişdi. 1648–1798 illәrdә Niderlandın 7 әyalәtindәn biri idi. 1795–1801 illәrdә Bataviya Respublikasının, 1801–06 illәrdә Bataviya birliyinin, sonralar Hollandiya krallığının (1806–10), 1810–13 illәrdә Fransa imperiyasının tәrkibindә olmuşdur. Niderland krallığının (1815–30) meydana gәlmәsilә Niderland dövlәtinin әyalәtinә (inz. m. – Leuvarden ş.) çevrilmişdi.

    Şәrqi F. (Ems çayından ş.-dәki vilayәt; alm. Ostfriesland) 15 әsrdә müstәqil qraflığa çevrilmişdir. 1744 ildә Prussiya tәrәfindәn zәbt olunmuş, 1815 ildә Hannoverin tәrkibinә keçmiş, sonuncu ilә birlikdә 1866 ildә yenidәn Prussiyaya tabe edilmişdir. Hazırda Şәrqi Friziya regionu AFR-in Aşağı Saksoniya federal әrazisinә daxildir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN