FRİŞ (Frisch) Raqnar (3.3.1895, Oslo - 31.1.1973, Oslo) - Norveç iqtisadçısı, Nobel mükafatı laureatı (1969, Y.Tinbergen ilə birgə). Oslo Un-tini (1919) bitirmiş, riyazi statistika üzrə doktor elmi dərəcəsini (1926) almışdır. 1932 ildən Oslo Un-tində İqtisadiyyat İn-tuna rəhbərlik etmişdir. Bir çox ölkənin elmi cəmiyyətlərinin fəxri üzvü, Ekonometrika cəmiyyətinin yaradıcılarından biri olmuş, “Econometrica” jurnalına rəhbərlik etmişdir (1933-35).
“Sırf iqtisad elminin probeminə dair” (“Sur une probleme d’economie pure”, 1926) əsərində istehlakçı tələbatı nəzəriyyəsinə aksiomatik yanaşmanı formulə etmiş, son hədd faydalıhğınm empirik yolla ölçülməsinin mümkünlüyünü əsaslandırmış, “ekonometrika” terminini və s. iqtisadi anlayışları elmə daxil etmişdir. F. iqtisadi inkişafın dövlət planlaşdırılması üçün qərar qəbulu modellərini işləyib hazırlamışdır.
Ə s ə r l ə r i: Planning for the United Arab Republic // Economics of Planning. 1965. Vol. 5; Rational price fixing in a socialistic society // Ibid. Vol.6; Investment starting vs. Investment sinking // Ibid. 1967. Vol. 7.