FRİŞ Sergey Eduardoviç (19.6.1899, Sankt-Peterburq - 19.11.1977, Leninqrad) - rus fiziki, SSRİ ЕА m. üzvü (1946). Petroqrad Un-tini bitirmişdir (1921). Dövlət Optika İn-tunda işləmişdir (1919-39). 1924 ildən Leninqrad Dövlət Un-tində dərs demişdir (1934 ildən prof.). Əsas elmi işləri atom spektrlərinin sistematikasının, Zeeman effehtinin, spektral xətlərin ifrat incə strukturunun, nüvə momentlərinin, qaz boşalmasının və plazmanın spektroskopiyasının öyrənilməsinə aiddir. Qazların spektral analiz üsulunu təklif etmiş, bir neçə spektral cihaz yaratmışdır. Ali məktəblər üçün dərsliyin (“Kurs obhey fiziki”, Т.1,10 izd., 1961; Т.2, 8 izd., 1961; Т.3, 6 izd., 1961;) müəllifidir (A.V.Timoreva ilə birlikdə). Lenin ordeni və medallarla təltif olunmuşdur.