FRİTYOF NÁNSEN (Fridtjof Nansen) – Antarktidada, Kraliça Mod silsilәsindә dağ massivi; Ross şelf buzlağının c. qurtaracağındadır. Hünd. 4069 m-әdәk. 1911 ildә Antarktida ekspedisiyası tәrәfindәn kәşf edilmişdir. Norveç qütb tәdqiqatçısı F.Nansenin şәrәfinә adlandırılmışdır.