FRİZ (fr. frise) – 1) memarlıq orderindә antablementin arxitrav vә karnizi arasındakı orta hissәsi. Dorik orderdә F. metop vә triqliflәrә ayrılır, ionik vә Korinf orderlәrindә isә bütünlükdә dekorativ relyef zolağı ilә doldurulur vә ya boş qoyulur. 2) Divarın yuxarı hissәsini, döşәmәni vә s. haşiyәlәyәn dekorativ zolaq (adәtәn, ornamental olur). Hәr hansı üfüqi fiqurativ kompozisiyanı da F. adlandırmaq olar.