Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRİZ DİLİ

    FRİZ DİLİ - frizlərin dili. . Niderlandda Frislandiya әyalәtindә (kontinental hissәsi vә Tershellinq vә Shirmonnikoqun adaları), o cümlәdәn Almaniyada Aşağı Saksoniya federal әrazisinin Zaterland icmasında vә Şlezviq-Holşteyn federal әrazisinin şm.-q.-indә yayılmışdır. Bu dildә danışanların sayı Frislandiyada 350 mindәn 453 min nәfәrә, Zaterlandda 1 mindәn 2,5 min nәfәrә, Şlezviq-Holşteyndә 8 mindәn 10 min nәfәrә qәdәrdir.

    F.d. german dillәrinin q. qrupuna aiddir vә daha çox ingilis dilinә yaxındır. 3 regional variantı mövcuddur: qәrbi friz (Frislandiya), şәrqi friz (Zaterland), şimali friz (Şlezviq-Holşteyn). Dialektlәrarası fәrqlәr, әsasәn, fonetika sahәsindәdir. Onlar qәrbi friz dialektlәrindә daha az әks olunmuşdur. Qәrbi vә şimali friz dialektlәri yerli dil statusuna malikdir vә rәsmi ünsiyyәtdә işlәdilmәsinә icazә verilir.

    F.d.-nin qrammatikası Niderland dilinin qrammatikasından az fәrqlәnir. F.d. nominativ quruluşlu dildir. Söz sırası alman vә Niderland dillәrindәki kimidir. Qәrbi friz dilindә Niderland dilindәn, şәrqi vә şimali friz dillәrindә aşağı vә yuxarı alman dialektlәrindәn, şimali friz dilindә hәmçinin Danimarka dilindәn alınma sözlәr var.

    Qәrbi vә şәrqi friz regionlarından ilk yazılı abidәlәr 13 әsrә aiddir. Bu günә qәdәr dә xeyli variativliyi ilә seçilәn qәrbi friz dili 17 әsrdә әdәbi dil normasının әsası olmuşdur.

    Yazısı üst diakritik işarәlәrin istifadәsi ilә latın qrafikası әsasındadır; orfoqrafiya standartı yalnız qәrbi friz dili üçün işlәnib hazırlanmışdır (1878), yazı qaydaları 1980 ildә qәbul edilmişdir.

    F.d., әsasәn, şifahi ünsiyyәt vasitәsidir. Tәhsil sahәsindә (F.d.-nin fakültativ tәdrisi ibtidai mәktәblәr vә gimnaziyalarda, peşәkar öyrәnilmәsi ali mәktәblәrdә hәyata keçirilir), yerli idarәçilik, ibadәt vә KİV-dә dә istifadә edilir. F.d.-ndә bәdii әdәbiyyat nәşr olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN