Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRİZLƏR

    FRİZLƏR (qәrbi F. özlәrini F r i e z e n, şәrqi F.F r ä i s e n, şimali F.F r a s c h, F r e s k, F r i i s k adlandırırlar) – qәrbi german xalqı, Frislandiyanın yerli әhalisi. Əvvәllәr Şimal dәnizinin Qәrbi Şeldadan Cәnub-Qәrbi Yutlandiyayadәk (Niderlandın şm.-ı vә Almaniyanın şm.-q.-indәki Aşağı Saksoniya vә Şlezviq-Holşteyn federal әrazilәri) olan sahilboyu әrazilәrindә vә adalarında yaşayırdılar. Qәrbi (Niderlandın, әsasәn, Frislandiya, hәmçinin Qroningen әyalәtlәrindә; 600 min nәfәrdәn çox, 2005), şәrqi (Aşağı Saksoniyanın q.-indә Zaterland icması) vә şimali (Şlezviq-Holşteynin şm.-q.-indә Şimali Friziya r-nunda vә Pinneberq r-nunun Helqoland a.-nda) F.-ә bölünürlәr. Friz dilindә (qәrbi friz dili Frislandiya әyalәtinin rәsmi dili statusuna malikdir, şәrqi vә şimali friz dillәri Almaniyanın regional dillәridir) danışırlar, hәmçinin Niderland vә alman dillәri yayılmışdır. Dindarları, әsasәn, xristiandır.

     Frizlәrin әnәnәvi geyimi.

    Roma müәlliflәri Şimal dәnizinin sahilyanı zolağında, Reynin deltasında yaşayan әhalini F. (F r i s i i, F r i s i a v o n e s, F r i s i o n e s, adları ilk dәfә eramızın 12 ilindә qeyd edilir) adlandırırdılar. Son antik dövr vә erkәn orta әsrlәrdә F. anqllar, sakslar, hәmçinin Britaniya әhalisi ilә sıx tәmasda olmuşlar. 7 әsrin sonu – 8 әsrin әvvәllәrindә F.-in Radbod adlı kralı mәlum idi. F.-in әksәriyyәtini azad kәndlilәr tәşkil edirdi. 7 әsrdәn F. Şimali Avropada geniş dәniz ticarәti (12 әsrdәn şәhәrlәrin çoxu Hanza ittifaqına daxil idi) aparmışlar. Klassik orta әsrlәrdә F.-in xalq dilindә yazılmış adәt hüquqları külliyyatları mәlumdur. Ədәbi dillәrinin formalaşması şair G. Yapiksin (1603–66) yaradıcılığı ilә bağlıdır. 19 әsrdә milli dirçәliş hәrәkatı meydana gәlmiş, friz folklorunun toplanmasına vә tәdqiqinә (Y.Halbertsma, 1789–1869) başlanılmışdı; 1844 ildә Friz dili vә әdәbiyyatı cәmiyyәti, 1915 ildә Gәnc frizlәr cәmiyyәti, 1938 ildә Friz akademiyası yaradılmışdı. 1962 ildәn Niderlandda Friz Milli Partiyası fәaliyyәt göstәrir. 

     Yuyst adasında (Almaniya) frizlәrin әnәnәvi kәnd evi.

    Ənәnәvi mәdәniyyәtlәri Qәrbi Avropa xalqları üçün sәciyyәvidir. Ənәnәvi mәşğuliyyәtlәri südlük heyvandarlıq, atçılıq (friz at cinsi yetişdirilmişdir), sahilboyuda balıqçılıq vә qoyunçuluqdur. Kәnd mәskәnlәri, әsasәn, xutordur. Ənәnәvi evlәri mәrkәzindә darvazası birbaşa küçәyә açılan, 4–6 dirәk üzәrindә dayanan hündür dördyamaclı damı (stelp) olan ot anbarından (qulf); yaşayış otaqlarından – әsas isidilәn otaqdan (keiken), qonaq otağından (prunkkamer), sonralar hәmçinin yataq otağından ibarәt vә Saksoniya evlәrinә bәnzәr “friz evi”dir (qulfhöys, stelphuve). Şәrqi vә şimali F.-dә yaşayış otaqları çox vaxt qapalı tәsәrrüfat hәyәtinә (romp) bitişik ayrıca tikili (kop) tәşkil edir. Qadın geyimlәri üçün mürәkkәb gicgah bәzәklәri vә sinәbәndlәr, xırda qırçınlı enli әtәklәr sәciyyәvidir. Tarixi rәvayәtlәri vә әfsanәlәri (F.-in mәnşәyi, Böyük Karlın qoşunlarına qarşı döyüşlәr vә s. haqqında) qorunub saxlanılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN