FROBÉNİUS Ferdinand Georq (26.10. 1849, Berlin – 3.8.1917, Şarlottenburq) – alman riyaziyyatçısı, Berlin EA üzvü (1893). Berlin Un-tini bitirmişdir (1870). K.Veyerştassın, L.Kronekerin, E.Kummerin şagirdi. 1875–1892 illәrdә Sürix politexnikumunun, 1892 ildәn Berlin Un-tinin prof.-u olmuşdur. Əsas işlәri cәbr, cәbri әdәdlәr nәzәriyyәsi, o cümlәdәn matrislәr nәzәriyyәsi, sonlu qruplar nәzәriyyәsi vә onların matrislәrlә tәsvirlәrinә aiddir. Bir sıra anlayışlar vә iddialar onun adını daşıyır.