Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FROBÉNİUS 

    FROBÉNİUS Leo (29.6.1873, Berlin – 9.8.1938, İtaliya, Biqansolo) – alman etnoqraf-afrikaşünası, folklorşünas vә arxeoloq. Bremen vә Frankfurt un-tlәrinin azad dinlәyicisi olmuşdur. Fәxri prof. (1925) idi. 1890–1904 illәrdә Bremen, Bazel vә Leypsiqdәki etnoqrafiya muzeylәri ilә әmәkdaşlıq etmişdir. 1904 –35 illәrdә Ekvatorial Afrikaya 12 ekspedisiya tәşkil etmiş, Afrika xalqlarının arxeologiyası, etnoqrafiyası vә tarixinә dair geniş material toplamışdır (F.-un kolleksiyaları Kunstkamera fondlarında da saxlanılır). 1920 ildә Münxendә әsasını qoyduğu Mәdәniyyәt morfologiyası in-tu 1925 ildә Frankfurt-Mayn ş. tәrәfindәn satın alınmışdır (1946 ildәn İ.V.Göte ad. Frankfurt Un-ti nәzdindә Frobenius İn-tu adlanır). 1934 ildәn Frankfurt-Maynda Etnoqrafiya muzeyinin direktoru olmuşdur.

    F. diffuzionist “mәdәni dairәlәr nәzәriyyәsi”nin banisidir. O, Afrikanın Avstraliya vә Okeaniyanın әn qәdim mәdәni dairәlәri ilә ümumi cәhәtlәrә malik әn qәdim (“niqrit”) mәdәni tәbәqәsini, sonrakı “hindli” (Şimali vә Şimal-Şәrqi Afrika) vә “Malayya-niqrit” (Qәrbi Afrika), hәmçinin әn son “sami” tәbәqәlәrini (Şimali Afrika әrәblәri) müәyyәnlәşdirmişdir; “niqrit” mәdәniyyәtinin “Malayya-niqrit” vә “Asiya” mәdәniyyәtlәri ilә qarışması nәticәsindә yeni “Afrika” mәdәniyyәti (dәri qalxan, nizә ucluğundan inkişaf etmiş bıçaq, musiqili kaman, silindr-konusvarı koma) meydana gәlmişdir.

    F. mәdәniyyәt nәzәriyyәsini yaradarkәn, ona ayrıca sosial orqanizm kimi yanaşmış, insanın iradәsindәn asılı olmadan, coğrafi şәraitin, hәmçinin bu vә ya digәr növ tәsәrrüfat fәaliyyәtinin tәsiri altında meydana gәldiyini göstәrmişdir. F.-a görә, canlı varlıq kimi mistik “cana” (Paideuma) malik mәdәniyyәt özünün daxili qanunlarına görә doğulur, yaşayır vә mәhv olur. F. mәdәniyyәtin “morfologiyasını” inkişaf etdirәrәk, onun daxilindә “anatomiya” vә “fiziologiya”nı müәyyәnlәşdirir, kişi vә qadın mәdәniyyәtlәrini ayırd edirdi. Onun fikrincә, mәdәniyyәtlәrin yeni elementlәri “kişi” vә “qadın” mәdәniyyәtlәrinin çarpazlaşması nәticәsindә meydana gәlir. F. hәmçinin matriarxal (ruslar, almanlar, Afrika xalqları) vә patriarxal (anql-sakslar, әrәblәr, bәrbәrlәr, roman xalqları) mәdәniyyәtlәri fәrqlәndirirdi. Matriarxal mәdәniyyәtlәrin dünyagörüşü üçün “nәbati başlanğıc” vә tәbiәtlә vәhdәt sәciyyәvidir; bu, vüsәt vә emosiyalar dünyagörüşüdür. Patriarxal xalqlar üçün “heyvani başlanğıc”, tәbiәtin ram edilmәsi, rasionallıq vә magiya sәciyyәvidir. Tarixdә növbә ilә gah o, gah da bu mәdәniyyәtlәr üstün olur vә liderliyin dәyişmәsi prosesi bәşәriyyәtin inkişaf mәnbәyini tәşkil edir. Buna müvafiq olaraq, F. Afrikada savanna zonasında meydana gәlmiş patriarxal “tellurik-efiop-patriarxal” vә Şimali Afrikada yaranmış matriarxal “xtonik-hami” mәdәniyyәtlәrini fәrqlәndirmişdir. “Tellurik” mәdәniyyәt üçün yuxarıya meyillilik (dirәküstü evlәr vә anbarlar, ayaqlı çarpayılar, yaş siniflәrinin iyerarxik nәrdivanı, hündür әlçatmaz yerlәrdә yaşayan allahlar), “xtonik” mәdәniyyәt üçün isә yerin içinә dalmaq (qazma evlәr vә taxıl anbarları, torpaqda qazılmış soba, hәsir, yeraltı canlar alәmi ideyası vә s.) sәciyyәvidir. Sonralar F. mәdәniyyәtlәrin “şәrq” vә “qәrb” tiplәrini müәyyәnlәşdirmişdir: “şәrq” mәdәniyyәtlәri üçün “mağara” duyğusu, durğunluq, qarşısıalınmaz tale ideyası, “qәrb” mәdәniyyәtlәri üçün isә “uzaqlıq duyğusu”, dinamiklik, şәxsiyyәt vә azadlıq ideyası sәciyyәvidir. Ömrünün sonlarında nasizm ideyaları ilә sәslәşәn fikirlәr irәli sürmüşdür. F.-un irsi neqritüd ideologiyasına tәsir göstәrmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN