FRÓBİŞER (Frobisher) Martin (tәqr. 1530, yaxud 1540, Yorkşir, Oltofts – 22.11.1594, Plimut) – ingilis dәniz sәyyahı. 1576–78 illәrdә Çin vә Hindistana gedәn şm.-q. yolunu axtararkәn Baffin Torpağının c. vә c.-ş. sahillәrini, indiki Hudzon vә Deyvis boğazlarını, sonradan onun şәrәfinә adlandırılmış körfәzi kәşf etmişdir. Arktikaya sәyahәtindәn әvvәl vә sonra dәniz quldurları gәmilәrinә komandanlıq etmişdi; 1588 ildә “Mәğlubedilmәz armada”ya qarşı vuruşmada iştirak etmişdir.