FROLÓV İvan Sergeyeviç (30.5.1890, Moskva quberniyasının Dmitrov qәzası – 1971, Bakı) – rus kinooperatoru. Azәrb. SSR әmәkdar incsәnәt xadimi. 1908 ildәn Moskva vә Peterburqda müxtәlif özәl kinostudiyalarda işlәmişdir. 1918–27 illәrdә “Lenfilm” kinostudiyasında, 1927 ildәn “Azәrbaycanfilm”dә fәaliyyәt göstәrmişdir. “Altı nömrәli palata” (1912), “Neva prospekti” (1915), “Saray vә qala” (1923), “Dekabristlәr” (1927), “Gilan qızı” (1927), “Sevil” (1929), “İlk komsomol briqadası” (1931), “Almas” (1936) vә s. filmlәrin operatoru olmuşdur. Sәnәdli filmlәr dә çәkmişdir.