FROLÓV Mixail Fyodoroviç (5.1.1910, Şamaxı r-nunun Xilmilli k. – 13.1.1981, Bakı) – Sovet İttifaqı Qәhrәmanı (23.10. 1943; 23.2.1961 ildә tәqdim olunmuşdur), baş serjant. 1941 ildә orduya çağırılmışdır. Böyük Vәtәn müharibәsinәdәk Şamaxı r-nunda mexanizator işlәmişdir. 1941–43 illәrdә F. tank qoşunları tәrkibindә Kursk vә Ukrayna uğrunda gedәn döyüşlәrdә iştirak etmişdir. Dnepr çayının keçilmәsindә (1943, 26 sentyabr) qәhrәmanlıq göstәrmişdir. 1944 ildә ordudan tәrxis edilmişdir. Lenin ordeni, Qırmızı Ulduz ordeni vә medallarla tәltif olunmuşdur.