Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FROMM

    FROMM Erix (23.3.1900, Frankfurt-Mayn – 18.3.1980, İsveçrә, Muralto) – alman-amerikan filosofu, psixoloq vә sosioloq, neofreydizmin banilәrindәn biri. Ortodoksal yәhudi ailәsindә doğulmuşdur. Frankfurt (1918) vә Heydelberq (1922 ildә A.Veberin rәhbәrliyi altında sosiologiya üzrә doktorluq dissertasiyasını müdafiә etmişdir) un-tlәrindә tәhsil almışdır. 1930-cu illәrdә Frankfurt Sosial Tәdqiqatlar İn-tunun әmәkdaşı olmuşdur. 1934 ildә in-tla birlikdә Nyu-Yorka mühacirәt etmiş, Kolumbiya vә Yel un-tlәrindә dәrs demişdir; Amerika Psixoanaliz İn-tunun yaradılmasında K.Horni ilә әmәkdaşlıq etmişdir. 1950 ildә Meksikaya köçәrәk Mexikoda Milli Muxtar Un-tin prof.-u olmuş (1965 ilәdәk), 1963–74 illәrdә özünün tәsis etdiyi Meksika Psixoanaliz İn-tuna rәhbәrlik etmişdir. F. eyni zamanda Miçiqan (1957–61) vә Nyu-York (1962 ildәn) un-tlәrindә dә dәrs demişdir. 1960–68 illәrdә ABŞ-da ictimai xadim, ABŞ Sosialist Partiyasının, elәcә dә Vyetnamda müharibә әleyhinә, әtraf mühitin qorunması hәrәkatlarının ideoloqu kimi tanınmışdır. 1974 ildәn İsveçrәdә, Muraltoda yaşamışdır.

    F. 1930-cu illәrә aid әsәrlәrindә Frankfurt mәktәbinin neomarksist ideyaları mәcrasında xarakterin psixoanalitik anlayışını tәtbiq etmişdir. O, müәyyәn sosial qrupun üzvlәrinin әksәriyyәtinin ümumi duyğuları vә ümumi hәyat tәrzi nәticәsindә yaranan sosial xarakter anlayışını formulә etmişdir. Bu әsasda F. cәmiyyәtdә hökm sürәn avtoritar qaydaların ilkin yayıcısı kimi ailәnin rolunu araşdırmışdır.

    F.-un Qәrb “istehlak cәmiyyәti”ndә insan azadlığının, insanların әksәriyyәtinin onlar üçün arzuolunmaz azadlıq yükündәn qaçmasının müxtәlif formalarının, o cümlәdәn avtoritarizmin (digәrlәri üzәrindә hökmranlığa, yaxud onları tabe etmәyә canatma) vә s. tәdqiqinә hәsr olunmuş “Azadlıqdan qaçma” (“Escape from freedom”, 1941) adlı ilk kitabı ona böyük şöhrәt gәtirmişdi. “İnsan özü üçün” (“Man for himself”, 1947), “Sağlam cәmiyyәt” (“The sane society”, 1955) vә s. kitablarında F. insanın bütöv fәlsәfi-antropoloji konsepsiyasını açmışdır. Onun “humanistik psixoanaliz”i-nin әsas mәqsәdi konkret insana özünü reallaşdırmaqda, unikal hәyati imkanlarını hәyata keçirmәkdә kömәk etmәkdir. İnsanın ekzistensial tәlәbatlarının (digәr insanlarla münasibәtlәrin qurulması, öz zәifliyinin vә passivliyinin transsendensiyası, öz identikliyini әldә etmәsi, dünyada kök salması vә orientasiya vә s.) reallaşdırılması hәm mәhsuldar, hәm dә qeyri-mәhsuldar şәkildә ola bilәr: insan hәyatının bu ekzistensial dilemmalarının hәllindә insanın yetkinlik vә mәnәvi sağlamlıq dәrәcәsi tәzahür edir. Mәhsuldar formalar ilkin qarşılıqlı asılılığın aradan qaldırılması vә digәr insanlarla qaynayıb-qarışma (psixoloji simbioz), elәcә dә öz subyektiv reallığına qapanmaqla (narsissizm) bağlıdır: mәhsuldar sevgi [qayğı,mәsuliyyәt, hörmәt vә bilgini ehtiva edir – “Sevmәk sәnәti” (“The art of loving”, 1956)], yaradıcılıq, öz unikallığını dәrk etmәk, qardaşlıq münasibәtlәri, dünyanın obyektiv dәrki. F.-un tәsvir etdiyi xarakterin oriyentasiyasının beş tipindәn yalnız  biri mәhsuldar (öz-özünü yaratmağa xidmәt edәn), qalan dördü isә qeyri-mәhsuldardır: reseptiv – tәlәb olunanı xaricdәn almağa oriyentasiya, istismarçı – tәlәb olunanı almaq üçün başqalarından istifadәyә oriyentasiya, tamahkar – әldә olanın saxlanılmasına oriyentasiya, bazar – әmtәә mübadilәsi vә bazar rәqabәtinә oriyentasiya.

    Sonralar (“Sahib olmaq, yaxud var olmaq”, “To have or to be”, 1976) o, bu tipologiyanı iki tipdә ümumilәşdirdi – sahibolmağa vә var olmağa oriyentasiyalar. F. insanın inkişafını çox vaxt ölәnәdәk baş verәn şәxsiyyәtin doğuluşunun ardıcıl proseslәri kimi tәsvir edirdi. Hәr bir “doğuluş” psixoloji simbiozun formalarından birinә, anadan, ailәdәn, sosial qrupdan, cәmiyyәtdәn asılılığa qalib gәlmәkdir. F.-a görә, dünyanın bütün aparıcı dinlәri insanın әsas mәqsәdini öz narsissizminә qalib gәlmәkdә görürdü. Humanistik vicdan avtoritar vicdandan fәrqli olaraq, insanı mәhsuldar hәyata nail olmağa istiqamәtlәndirir. O, biofil oriyentasiyaya (canlı vә dәyişkәn olana sevgi) qarşı nekrofil oriyentasiyanı (cansızlığa, dәyişmәzliyә vә nizamlılığa meyil, hәyatdan hәr hansı qeyri-müәyyәnliyin vә qeyri-qabaqgörәnliyin çıxarılması) qoyurdu. Z.Freyd vә K.Lorensin nәzәriyyәlәrindә aqressivliyin bioloji hadisә kimi anlaşılmasını tәnqid edәrәk, F. insanın aqressivliyinin mәnbәyini (“İnsan destruktivliyinin anatomiyası”, 1973) xarakterin nekrofil oriyentasiyasında (A.Hitlerin şәxsiyyәtinin timsalında) görürdü.

    Ə s ә r l ә r i: Gesamtausgabe. Stuttg., 1999. Bd 1– 12; Психоанализ и религия. М., 2010; Искусство быть. М., 2015.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN