Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRÓNDA (1648–53)

    FRÓNDA (1648–53) (fr. fronde, hәrfi mәnası – sapand) – Fransada inzibati monarxiya aparatının güclәnmәsinә qarşı yönәlmiş müxalif çıxışlar vә üsyanlar dövrü. XIII Lüdovikin ölümündәn (1643) sonra C.Mazariniyә arxalanan Avstriyalı Anna azyaşlı oğlu XIV Lüdovikin regenti olmuşdu. Mazarininin siyasәtinә qarşı cәmiyyәtin müxtәlif tәbәqәlәri çıxış edirdi. F., adәtәn, iki dövrә: parlament F.-sına (1648–49) vә şahzadәlәr F.-sına (1650–53) bölünür. Fransanın Otuzillik müharibәdә (1618–48) iştirakı nәticәsindә vergilәrin artırılması, xәzinәni doldurmaq mәqsәdilә yeni dövlәt vәzifәlәrinin tәsis olunması vә satılması, hakimiyyәtin kralın vә onun baş nazirinin әlindә cәmlәnmәsi, aristokratiyanın, o cümlәdәn kral ailәsi üzvlәrinin hakimiyyәtdәn kәnarlaşdırılması narazılıqlara sәbәb olurdu. Parisin digәr ali mәhkәmәlәrinin dәstәyi ilә Paris parlamenti vergilәri azaltmaq, onların toplanmasını müqatiәyә vermәmәk, parlamentin razılığı olmadan yeni vergilәr tәtbiq etmәmәk, әyalәtlәrdәn intendantları geri çağırmaq, yeni vәzifәlәr tәsis etmәmәk, hakimlәrin şәxsi toxunulmazlıq- larını tәmin etmәk tәlәblәrini irәli sürdü. Parlament liderlәrinin hәbsindәn sonra Parisdә barrikadalar quruldu (1648, avqust). Saray әhli şәhәri tәrk etdikdәn sonra kral ordusu onu mühasirәyә almağa başladı. Əyalәtlәri dә etirazlar dalğası bürüdü, paytaxtda kompromis tәrәfdarlarının mövqeyi güclәndi. 1649 ilin avqustunda sülh imzalandı vә kral Parisә daxil oldu, lakin әyalәtlәrdә etirazlar davam edirdi. Hakimiyyәtdәn kәnarlaşdırılmış şahzadәlәr Konde vә Konti, hәmçinin hersoq Lonqvil Mazariniyә qarşı intriqalarını davam etdirdiklәri üçün 1650 ilin yanvarında hәbs olundular. Bu hadisә onların tәrәfdarlarını hiddәtlәndirdi. Konde azad edildikdәn sonra c.-da ispanların kömәyilә qiyamçı ordu topladı. Saray әhli Parisi tәrk etdi, kral ordusu paytaxtı mühasirәyә aldı. Lakin frondaçılar arasında birlik olmadığından şahzadәlәrin qoşunları darmadağın edildi vә kral Parisә daxil oldu (1652, oktyabr). 1653 ilin iyulunda Bordoda son müqavimәt ocağı yatırıldı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN