FRONTİR (ing. frontier – sәrhәd, hüdud) – ABŞ-ın q.-indә tarixi mәnimsәnilmә zonası. Şimali Amerikada istiqlaliyyәt müharibәsinin (1775–83) başa çatmasından sonra, Versal sülh müqavilәsinin (1783) qәrarı ilә Appalaçdan q.-dәki keçmiş Britaniya әrazilәri üzәrindә ABŞ-ın formal nәzarәtinin qurulması nәticәsindә formalaşmışdır. 1787 ildә bu region qanunvericilik qaydasında ABŞ-ın Şimal-Qәrb әrazisi kimi tәsbit olunmuş, hindi tayfalarının müqavimәtinә baxmayaraq, әrazinin mәnimsәnilmәsinә başlanmış (bax “Hindi müharibәlәri”), torpaqların bölüşdürülmәsi vә burada yeni Amerika ştatlarının yaradılması qaydaları müәyyәnlәşdirilmişdir. 1890 ilin dekabrında әhalinin siyahıyaalınması zamanı mәnimsәnilmiş vә mәnimsәnilmәmiş torpaqlar arasındakı sәrhәd xәttinin faktiki olaraq aradan qalxdığı elan edildikdәn sonra F. de-yure lәğv olunmuşdur.