FRONTİSPİS (fr. frontispice, lat. frons, frontis – alın, ön tәrәf + specio, spicio – baxıram) – kitabda titul vәrәqinә yanaşı sol tәrәfdәki sәhifәdә yerlәşdirilәn illüstrasiya. F. kimi, kitab müәlliflәrinin vә ya kitabda haqqında danışılan şәxsin portreti, әsәrin ideyasını әks etdirәn rәsm, әsas epizod haqqında illüstrasiya, bәzәn xәritә verilir.