FRONTÓN (lat. frons, frontis – alın, ön tәrәf), m e m a r l ı q d a – binanın fasadını, portikini, sırasütununu tamamlayan hissә. Adәtәn üçbucaq, az halda yayşәkilli olan F. dam örtüyünün iki köbәri vә karnizlә hüdudlanır. F.-un sәthi (timpan) çox vaxt heykәltәraşlıq әsәrlәri ilә bәzәdilir. Antik dövrdә meydana gәlәn F. Renessans dövründәn yenidәn tәtbiq edilmәyә başlanmışdır.