Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FROST

    FROST Robert (26.3.1874, San-Fransisko – 29.1.1963, Boston) – amerikan şairi, publisist. Jurnalist ailәsindә doğulmuşdur. Dartmut (1892–93) vә Harvard (1897–99) un-tlәrindә oxumuş, lakin tәhsilini sona çatdırmamışdır. 1912–15 illәrdә B.Britaniyada yaşamışdır. E.Paund F.-un poeziyasını bәyәnmiş, onun “Oğlanın istәyi” (1913) adlı ilk poetik toplusunun çapına kömәk etmişdir. “Bostondan şimalda” (1914), “Nyu-Hempşir” (1923) topluları ilә şöhrәt qazanmışdır. F.-un fәlsәfiliyi vә antiurbanist pafosu ilә seçilәn әsәrlәrinә üslub vә dil sadәliyi ahәngdarlıq, lirizm vә poetik formaların (ballada, pastoral vә s.) әnәnәviliyi xasdır: “Uzaq aşırım” (1936), “Şahid ağac” (1942), “Talada” (1962) vә s. F.-un yaratdığı poetik alәmin realistliyi onu әn sevilәn ABŞ şairlәrindәn biri etmişdir. Dram әsәrlәrinin, xatirә dәftәrinin, çoxsaylı yazışmaların müәllifidir. Pulitser mükafatına layiq görülmüşdür (1924, 1931, 1937, 1943). Bәzi şeirlәri Azәrb. dilinә tәrcümә edilmişdir.

    Ə s ә r l ә r i: Cтихи. М., 1986; Другая дорога.М., 1999.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN