FRUD ƏDƏDİ (ing. fiziki U.Frudun adı ilә adlandırılıb) – mayelәrin vә ya qazların hәrәkәtinin oxşarlıq kriterilәrindәn biri; ağırlıq qüvvәsinin tәsiri әhәmiyyәtli dәrәcәdә olan hallarda tәtbiq edilir (hidromexanikada, mәs., bәrk cismin suda vә s.-dә hәrәkәti zamanı, dinamik meteorologiyada). F.ә. maye vә ya qazın elementar hәcminә tәsir edәn әtalәt qüvvәsi ilә ağırlıq qüvvәsi arasındakı nisbәti xarakterizә edir. F.ә. Fr = υ2/gl, burada υ – axının vә ya hәrәkәt edәn cismin sürәti, g – ağırlıq qüvvәsi tәcili, l –selin vә ya cismin xarakterik ölçüsüdür.