Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRUKTOZA

    FRUKTOZA, a r a b i n o - h e k s u l o z a,l e v u l o z a, m e y v ә   ş ә k ә r i – ketoheksoz qrupundan monosaxarid. Tәbiәtdә yalnız D-fruktozaya rast gәlinir. F. sәrbәst şәkildә bir çox meyvәlәrdә, balda (50%-ә-dәk), bitkilәrin yaşıl hissәlәrindә olur. F. fruktanların vә ya saxarozanın hidrolizindәn alınır. F. çox şirin dada malikdir (saxarozadan 1,5 vә qlükozadan 2 dәfә şirindir). b-D-fruktopiranoza mәlumdur; hiqroskopik, rәngsiz prizma vә ya iynәşәkilli kristallardır. Suda yaxşı, metanol, etanol, piridin, aseton, buzlaşan sirkә turşusunda nәzәrә çarpacaq dәrәcәdә hәll olur, susuz formada 21,4°C-dәn yuxarı temp-rda davamlıdır, 20°C-dәn aşağıda polihidrat vә dihidrat hallarında olur. F. sulu mәhlulda tautomerlәrin qarışığı halında mövcud olur, qarışığı 15%-әdәk furanoz vә xeyli miqdarda atsiklik forma tәşkil edir.

    F. ketozlara aid ümumi reaksiyalara daxil olur, reduksiyaedici xassә göstәrir, karbonil qrupu hesabına sәciyyәvi törәmәlәr әmәlә gәtirir. F.-nın karbonil qrupunun reduksiyasından sorbit vә mannit alınır. F. qәlәvi vә turşuların tәsirinә davamsızdır. Polisaxaridlәr vә ya qlükozidlәrin turşu hidrolizi şәraitindә tam dağıla bilәr.

    F. canlı orqanizmlәrdә hәm sәrbәst, hәm dә fosfat turşusunun efirlәri şәklindә olur. F. qalıqları b-D-frukto-furanozlar şәklindә çoxlu bitki oliqosaxaridlәrinin (saxa- roza, rafinoza, staxioza vә s.) vә polisaxaridlәrinin (bitki fruktanları – inulin, flein vә s; bakterial mәnşәli levan) tәrkibinә daxildir. F. fosfatları (fruktozo-1,6-difosfat vә fruktozo-6-fosfat) qlikolizin, spirtli qıc- qırmanın, fotosintezin aralıq mәhsullarıdır. Qiymәtli qida maddәsidir, orqanizmdә yaxşı mәnimsәnilir, şәkәrli diabet xәstәlәri üçün karbohidrat mәnbәyidir. Fruktoza- 1,6-difosfat şok vәziyyәtindә vә ürәk xәstәliklәrindә istifadә edilәn dәrman vasitәsidir. F. qida sәnayesindә vә tibdә tәtbiq edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN