Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRUMKİN

    FRUMKİN Aleksandr Naumoviç (1895, Kişinyov – 27.5.1976, Tula; Moskvada dәfn edilmişdir) – rus fiziki kimyaçısı. Dünyanın bir sıra akademiya vә elmi cәmiyyәtlәrinin әcnәbi üzvü, SSRİ EA akad. (1932), Sosialist Əmәyi Qәhrәmanı (1965), Lenin mükafatı laureatı (1931), SSRİ Dövlәt mükafatı laureatı (1941, 1949, 1952). Novorossiysk Un-tini (Odessada) bitirmişdir (1915). L.Y.Karpov ad. Fiziki Kimya İn-tunda (1922–46) işlәmiş, MDU-da elektrokimya kafedrasının müdiri (1930–76), SSRİ EA-nın Fiziki Kimya İn-tunun (1939–49) vә Elektrokimya İn-tunun (1958–76) direktoru olmuşdur.

    Əsas elmi işlәri sәth hadisәlәri vә elektrokimyәvi proseslәrin nәzәriyyәsinә hәsr edilmişdir. F. elektrokimyәvi proseslәr haqqında müasir tәlimin banisidir. Hibbsin termodinamiki tәnliklәrinin real adsorbsiya proseslәrinә tәtbiqinin mümkünlüyünü sübut etmiş, adsorbsiya olunmuş tәbәqәnin hal tәnliyini vermişdir (F. izotermi); elektrik sahәsinin molekulların adsorbsiyasına tәsirinin miqdari nәzәriyyәsini işlәyib hazırlamış, elektrokimyәvi proseslәrin sürәtlәr nәzәriyyәsini inkişaf etdirmiş, çoxlu sayda elektrod reaksiyaların mexanizimlәrini, ikiqat elektrik tәbәqәsinin quruluşu ilә elektrokimyәvi reaksiyaların sürәti arasındakı fundamental әlaqәni müәyyәn etmişdir. Metalların korroziyasının elektrokimyәvi nәzәriyyәsinin әsas prinsiplәrini formalaşdırmış, polyaroqrafik maksimumlar nәzәriyyәsini yaratmışdır. Hidrogen vә oksigen atomlarını adsorbsiya edәn elektrodlarda sәth hadisәlәrinin termodinamiki nәzәriyyәsini işlәyib hazırlamış vә elektrokimyanın fundamental anlayışlarından biri olan elektrodun yükü haqqında anlayışı formulә etmişdir.

    F.-in elmi işlәri yeni kimyәvi cәrәyan mәnbәlәri vә yanacaq elementlәrinin işlәnib hazırlanması vә sintezinә, üzvi yarımkeçiricilәr, radiasiya kimyası sahәlәrindәki tәdqiqatlara әhәmiyyәtli dәrәcәdә tәsir göstәrmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN