Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRUNZE 

    FRUNZE Mixail Vasilyeviç (2.2.1885, Qırğ., indiki Bişkek – 31.10.1925, Moskva) – Rusiya partiya, dövlәt vә hәrbi xadimi. Moldov kәndlisi ailәsindәndir. 1905 ildә Moskvada Dekabr silahlı üsyanında Şuya fәhlәlәrinin döyüşçü dәstәsinin rәhbәri kimi iştirak etmişdir. 1907 ildә hәbs olunmuş, 1914 ildә Sibirә sürgün edilmişdir. 1915 ildә sürgündәn qaçmış vә 1916 ildәn orduda inqilabi iş aparmışdır. Fevral inqilabından (1917) sonra Minskdә xalq milisinin rәisi, Şuya fәhlә, kәndli vә әsgәr deputatları sovetinin sәdri idi. Oktyabr çevrilişindәn (1917) sonra Moskvada sol eserlәrin üsyanının (1918) vә Yaroslavl üsyanının (1918) yatırılmasında iştirak etmişdir. 1918 ilin avqustundan Yaroslavl hәrbi dairәsinin hәrbi komissarı, 1919 ilin martından Şәrq cәbhәsi Cәnub qoşun qrupunun, may-iyun aylarında Türküstan ordusunun, iyul ayından Şәrq cәbhәsi qoşunlarının komandanı olmuşdur. Türküstanda müxalif-milli hәrәkatın yatırılmasında vә basmaçılığa qarşı mübarizәdә müstәsna qәddarlığı ilә seçilmişdir. 1920– 24 illәrdә Hәrbi İnqilab Şurasının (HİŞ) Ukraynada müvәkkili, Ukrayna vә Krım qoşunlarının komandanı, Ukrayna hәrbi dairәsi qoşunlarının komandanı idi. 1924–25 illәrdә SSRİ HİŞ sәdrinin müavini, sәdri, xalq hәrbi vә dәniz işlәri komissarı, eyni zamanda Fәhlә-kәndli qırmızı ordusu qәrargahının vә Hәrbi akademiyasının rәisi olmuşdur. F.-nin rәhbәrliyi ilә 1924–25 illәrdә SSRİ-dә hәrbi islahat keçirilmişdir.

    F. iki dәfә Qırmızı Bayraq ordeni ilә tәltif edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN