FTABÁTEY SİMÉY (tәxәllüsü; әsl adı vә soyadı Xaseqava Tatsunoske) (28.2. 1864, Tokio – 10.5.1909, Sinqapur ) – yapon yazıçısı. Yapon әdәbiyyatında tәnqidi realizmin vә müasir әdәbi dilin banisidir. Tokio Xarici Dillәr İn-tunun rus bölmәsindә tәhsil almışdır. F.S.-in incәsәnәtin mahiyyәtinә, bәdii yaradıcılıq metodu kimi realizmә dair baxışları onun “Romanın ümumi nәzәriyyәsi” (1886) mәqalәsindә öz әksini tapmışdır. “Uçan buludlar” (1887–88) romanı yapon әdәbiyyatında tәnqidi realizmin ilk nümunәsidir. “Onun siması” (1906), “Adi adam” (1907) vә s. romanları var.