FTAL ANHİDRİDİ, 1,2-b e n z o l d i k a r b o n t u r ş u s u n u n a n h i d r i d i – üzvi birlәşmә;
Rәngsiz kristal maddә; tәr. 130,85°C, tqayn. 284,5°C. Hәll olması q-la (100 q hәlledicidә): HCOOH-da 4,7(20°C), CCl4 0,7(20°C), CS2 0,7(20°C), piridindә 80(25°C), suda 0,62 (25°C); etil spirti vә dietil efirindә pis hәll olur.
Aromatik birlәşmәlәrin xassәlәrinә malikdir. Biratomlu spirtlәrlә H2SO4-ün (130–140°C) vә ya Ti-ın üzvi duzlarının iştirakı ilә (200°C) müvafiq mürәkkәb mono- vә diefirlәr; coxatomlu spirtlәrlә yüksәk temp-rda poliefirlәr; PCl5 ilә ftaloildixlorid C6H4(COCl)2; NH3 vә birli aminlәrlә şәraitdәn asılı olaraq ftalamin turşusu, ftalimid vә ftal turşusunun diamidini әmәlә gәtirir. F.a.-n xlorlaşmasından tetraxlorftal turşusunun anhidridi,
nitrolaşmasından 3- vә 4-nitroftal turşuları, sulfolaşmasından 3- vә 4-sulfotörәmәlәrin qarışığı, benzolla kondenslәşmәsindәn antraxinon alınır. F.a. vә NH3 buxarları 350–400°C-dә Al, V, W, Cr vә ya Mn oksidlәri üzәrindәn kecirildikdә ftaldinitril әmәlә gәlir. F.a. fenollar vә onların törәmәlәri ilә asan reaksiyaya girir. Karbamid vә Cu duzları ilә hәllolmayan ftalsianin piqmentlәri (boya kimi istifadә olunur) әmәlә gәtirir. F.a.-nın 200°C-dә Al2O3, ZnO iştirakı ilә dekarboksillәşmәsindәn benzoy turşusu, nikel katalizatoru ilә 150°C-dә katalitik hidrogenlәşdirmәklә ardıcıl olaraq ftalid, o-toluil vә heksahidro o-toluil turşuları alınır. Sәnayedә F.a. o-ksilol vә ya naftalinin buxar fazada havanın oksigeni ilә katalitik oksidlәşmәsindәn alınır. F.a.-ndәn boyalar, alkid qatranları, plastifikator, pestisid, dәrman vasitәlәri istehsalında istifadә edilir. F.a.zәhәrlidir. Dәrini, göz vә burunun selikli qişasını qıcıqlandırır.