Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FUAD I

    FUAD I, Ə h m ә d   F u a d (26.3.1868, Qahirә – 28.4.1936, Qahirә) – Misir dövlәt vә siyasi xadimi. Misir xәdivi İsmayıl paşanın oğludur. İlk tәhsilini Qahirәdә almış, atası vәzifәsindәn azad edilәrәk sürgünә göndәrildikdәn sonra tәhsilini İsveçrә vә İtaliyada davam etdirmişdir. 1885 ildә İtaliya Hәrbi Akademiyasına daxil olmuş, 1887 ildәn İtaliya ordusunda qulluq etmişdir. 1892 ildә Misirә qayıtmış, Qahirә Un-tinin rektoru (1908–13) olmuşdur. 1917 ilin oktyabrında B.Britaniya hökumәti tәrәfindәn Misir sultanı tәyin edilmişdir. Lakin I F. tezliklә ingilis ağalığına qarşı mübarizәyә qoşulmuşdur. 1922 ilin fevralında İngiltәrә Misirin müstәqilliyini tanıdıqdan sonra I F. kral elan edilmişdir. 1923 il aprelin 19-da qәbul olunmuş konstitusiyaya görә, Misir ikipalatalı parlamentә malik konstitusiyalı monarxiya dövlәtinә çevrilmişdi. 1930 ildә kral hakimiyyәtini möhkәmlәndirmәyә çalışan I F. 1923 il konstitusiyasını parlamentә yalnız mәslәhәtçi rol verәn yeni konstitusiya ilә әvәzlәsә dә, ictimaiyyәt tәrәfindәn tәzyiqlәrә mәruz qalmış, 1935 ildә әvvәlki konstitusiyanı bәrpa etmişdir. Ölümündәn sonra hakimiyyәtә yeganә oğlu Faruq gәlmişdir.

    I F.-ın dövründә Misir bankı yaradılmış, tәhsil vә mәdәniyyәt sahәsindә әhәmiyyәtli nailiyyәtlәr әldә olunmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN