FUCÉYRƏ – BƏƏ-nin şm.-ş.-indә әmirlik. Sah. 1,2 min km2. Əh. 225,4 min (2016). İnz. m. Fuceyrә ş.-dir. Hind okeanı-nın Oman körfәzi sahili boyu 90 km mәsafәdә uzanır. Ərazisinin çox hissәsi dağlıqdır.
Tәsәrrüfat. Əmirliyin iqtisadiyyatında Əbu Dabi hökumәti tәrәfindәn verilәn qrant vә subsidiyalar mühüm yer tutur. Sement istehsalı, daşdöymә vә mәdәn yerli sәnaye sahәlәridir; faydalı qazıntılar hasil olunur. Əhalinin böyük hissәsi xidmәt sferasında çalışır.
F.-dә iki AİZ var. F. hökumәti әvvәllәr xarici vәtәndaşlara biznesin yalnız 49%-ini özәllәşdirmәyә icazә verirdi; bu limitin aradan qaldırılması AİZ-lәrin sürәtlә inkişafına sәbәb oldu.
F.-dә dinamik inkişaf edәn iri dәniz portu var. Gәmiçilik vә onunla bağlı digәr sahәlәr (gәmiqayırma, gәmi tәmiri vә s.) inkişaf etmişdir.