FUCEYRƏ, Əl-Fuceyrә (әr.الفجيرة) – BƏƏ-dә şәhәr. Fuceyrә әmirliyinin inz. m. Əh. 97,2 min (2016). Oman körfәzi sahilindә port. Avtomobil yolları qovşağı. Beynәlxalq aeroport.
Füceyrә qalası (fortu). 1670.
F.-dә ilk mәskәn finikiyalılar tәrәfindәn salınmışdır. Sonradan onlar bu әraziyә köç etmiş yәmәnlilәrlә qaynayıb-qarışmışlar. Tarixi abidәlәrdәn 1670 ildә tikilmiş fort (qala) 2000 ildә tam bәrpa olunmuşdur. Muzey (1991), Milli park var.